:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

11 yaşlı qoçaq qızın fotoları bəyənmə rekordları qırdı

Font

Rizə şəhərində çəkilən bu fotolar dünyanın bir çox xəbər saytlarında paylaşılıb

Bizimyol.info xəbər verir ki, 11 yaşlı Hamdu Sena Bilginin görüntüləri bəyənmə rekordları qırıb. 




Sena adlı qız şaxtalı havaya baxmayaraq yeni doğuş etmiş keçini və balasını xilas edib. 

Sena keçilərini otararkən onlardan biri bala dünyaya gətirib. Bütün heyvanları evə aparan Sena, keçi və balasını orada buraxmaq məcburiyyətində qalıb. 


Daha sonra iti Tomi ilə geri qayıdan Sena, ana keçini öz belindəki çantaya qoyub. Balanı isə iti Tominin belindəki çantaya yerləşdirən 11 yaşlı qız, təxminən 1 km qarlı yolda getməli olub. 

Görüntüləri ən nüfuzlu xəbər saytları da paylaşıb. Fotolar bəyənmə və paylaşma redkordları qırıb.


Bizimyol.info