:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiyadan Azərbaycana külli miqdarda siqaretin gətirilməsinin qarşısı alınıb

Font

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics”ə verilən məlumata görə, Rusiya istiqamətindən idarənin "Xanoba" gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Rusiya vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito 109 CDİ " markalı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxış zamanı "Drakula" adlı kinoloji xidmət iti nəqliyyat vasitəsinin müxtəlif yerlərinə reaksiya verib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin, eləcə də ona qoşulmuş qoşqunun gizli saxlanc yerlərindən 78400 ədəd "Parliament" markalı, 9600 ədəd "Marlboro" markalı olmaqla, cəmi 88000 ədəd siqaretlər aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.