:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Laçınlı məcburi köçkün 8 baş ceyranı təbiətə buraxdı - VİDEO

Font

Laçınlı məcburi köçkün Təvəkkül Hüseynov həyətyanı sahəsində hədiyyə verilmiş ceyranları xüsusi bəsləməklə sayını artıraraq ETSN-nin əməkdaşlarına təhvil verib. Ceyranların nəslinin artırılması məqsədi ilə Şirvan Milli Parkına gətirilən ceyranlar bu gün Ağ Göl Milli parkına göndərilib.
Əslən Laçın rayonundan olan, hazırda isə Mərdəkan qəsəbəsində yaşayan Təvəkkül Hüseynovun dediyinə görə, 2007- ci ildə ona 3 aylıq 2 baş ceyran hədiyyə olunub. Ceyranlara diqqət və qayğısını əsirgəməyən Təvəkkül Hüseynov, həyətyanı sahəsində onları 10 il müddətində bəsləməklə 8 başa çatdırıb. Sonra ceyranları vəhşi təbiətə buraxmaq qərarına gələrkən Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng vurub. Daxili işlər naziriliyindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat daxil olan kimi nazirliyin nümayəndələri Salyan polis şöbəsinin əməkdaşları ilə birlikdə dərhal həmin şəxsin evinə gedərək 8 baş ceyranı təhvil alıblar. Ceyranlar Şirvan Milli Parkına gətirilib və parkda onların bir neçə gün volyerdə saxlanılaraq adaptasiya dövrü keçməsi, həkim müayinəsinə cəlb olunması təşkil olunub. Ceyranların yalnız bu prosedurlardan sonra vəhşi təbiətə buraxılması məqsədəuyğun hesab edilib. Bu gün isə nazirliyin nümayəndələrinin iştirakı ilə Şirvan Milli Parkında adaptasiya dövrü keçən ceyranların tarixən yaşadığı areallardan olan Ağgöl Milli Parkının ərazisinə köçürülməsi həyata keçirilib. Təəssüf ki, Təvəkkül Hüseynov kimi hər kəs təbiətə, heyvanlara bu qədər yaxşı münasibət göstərmir. Hətta bəzi insanlar ceyranlara qənim kəsilirlər. Elə bu yaxınlarda Şirvan Parkında qanunsuz ceyran ovu ilə məşğul olan parkın əməkdaşları Salyan polisi tərəfindən saxlanılmışdı. Qeyd edək ki, hazırda Şirvan Milli Parkında 7 min başdan çox ceyran qorunub saxlanılır.