Yenizaman.az AzNews.az-a istinadla milyonlarla xərc hesabına başa gələn, yaddaşlarda qalmağı bacaran, ən yüksək büdcəli toyları təqdim edir:

"Sistem” maliyyə korporasiyasının vitse-prezidenti Leonid Monosovun qızı 25 yaşlı Alina və "Peşəkar və ticarət avtomatlar” şirkətinin sahibi Vladimir Kalturinin oğlu 25 yaşlı Pavelin toyu.

Toya 60 milyon rubldan çox pul xərclənib. Bu məbləğə ulduzların qonorarları daxil edilməyib.

"Onexim development” şirkətinin prezidenti və dünyanın ən böyük incəsənət əsərləri kolleksioneri Oleq Baybakovun 29 yaşlı qızı Mariya və 30 yaşlı fransız maliyyəçi Adrien Forun toyu.

Toyun büdcəsi açıqlanmayıb. Lakin gəlinlik donu 1-4 milyon rubl arasında qiymətləndirilir.

Böyük investor Aleksandr Çiqirinskinin qızı, tikinti maqnatı Şalva Çiqirinskinin qardaşı qızı 18 yaşlı Mariya və Moskva biznesmeni Arkadi Krutirin oğlu Semenin toyu.

Toy ümimilikdə 30 milyon rubldan çox xərc hesabına başa gəlib. Bundan əlavə aparıcı və ulduzlara 20 milyon rubl qonorar ödənilib.

Neft və maliyyə maqnatı, səkkiz radiostansiya və böyük əmlak sahibi, eləcə də çox sayda estrada mahnılarının müəllifi (onun mahnları Kirkorovdan Kobzona qədər bir çox məşhur müğənnilər tərəfindən ifa olunub) Mixail Qutseriyevin oğlu, 28 yaşlı Saidlə 19 yaşlı stomatoloji universitetin tələbəsi Xədicə Ujahovanın toyu.

Qafqaz portallarında verilən məlumata görə, maqnatın oğlunun toyu İnquşetiyanın büdcəsindən baha başa gəlib.

O zamankı MDM-Bankın sahibi və gələcək nəhəng enerji sənayeçisi Andrey Melniçenko və keçmiş "Miss Yuqoslaviya” Aleksandra Kokotoviçin toyu.

Toy 35-40 milyon dollara başa gəlib. Müqayisə üçün bildirək ki, Briyaniya şahzadəsi, taxt-tacın varisi Uilyam və Keyt Middltonun 2011-ci ildə baş tutan toyuna məhz bu qədər pul xərclənmişdi.