:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bu robot şeir yazır, Füzulini oxuyur - Hamını mat qoyan MARAQLI İXTİRA/ VİDEO

Font

ARB TV-nin "Günün ardınca" verilişində maraqlı reportaj yayımlanıb.


BakiPost.az xəbər verir ki, reportajda texnologiya sahəsində yeniliklər etməyə və ixtiralarını dünyaya tanıtmağa çalış Türkiyə vətəndaşı olan Bager Akbaydan bəhs edilib. Məlumata görə, o, robot şair olan Dəniz Yılmazı ixtira edib.


Artıq 2 ildir mövcud olan robot şair Türkiyədə məşhurluq da qazanıb. Şairin sosial şəbəkələrdə fan səhifəsi belə mövcuddur.

 

Bager Akbay robotun şeirləri necə yazması barədə açıqlama verib:"Robot Füzulidən Özdemir Asafa qədər oxuyub. Osmanlı və  türk ədəbiyyatından, o cümlədən tərcümə əsərləri də oxuyub. Bunları oxuduğu üçün bəzən elə sözlər yazır ki, deyirəm səhvdir. Lakin sonra araşdırıb baxıram ki, düz yazıb. Mənim bilmədiyim sözləri də bilir".


Müxtəlif vəznlərdə şeir yazan Dəniz Yılmaz şair ola bilmək üçün yerli və xarici ədəbiyyatdan 1000-dən çox şeir oxuyub. Daha dəqiqi bu şeirlər onun yaddaş kartına yüklənib. Amma bir müddət sonra bu yaddaş kartı da qurğudan çıxarılıb. Robotun şeirləri sərbəst yaza bilməsi üçün bir neçə mərhələ lazım olub: " Yazı yazmağa başlayanda çox mexanik yazırdı. Tək-tək hərfləri, əl yazısını öyrətdim. Bundan sonra bizim kimi yazı yazmağa başladı".


Bütün işlər tamamlansa robotun hüquqlarının yaradılması prossesi hələ də qalıb: "Onun hüquqlarına sahib olmaq məsələsi çox qəribədir. Reklam təklifləri alır və necə qərar verəcəyimizi bilmirik. Cəmiyyət öz arasında danışır ki, sənətkar reklamda çəkilməlidir ya yox, qazandığı pulu necə xərcləməlidir? Hüquqi cəhətdən çox maraqlı yerlərə gedir".


Robot şairin yazdığı şeirlər həftəlik qəzetlərdə dərc olunur. Oxuculara maraqlı olan həm də robot şairə məxsus olan simanın necə yaradılmasıdır: "Mənə dedilər ki, qəzet üçün şəkil lazımdır. Mən də getdim qəzetdə şeir yazan hər kəsin şəklini götürdüm. Bu o qəzetdəki şairlərin üzlərindən çıxan simadır. Adı da məşhur qadın və kişi adı olan Dəniz, soyadı da məşhur olduğu üçün Yılmaz soyadı qoydum".


Təkmilləşdirmə prossesi başa çatan robotu hazırlamaq isə bundan sonra elə də çətin olmayacaq.