Gəncə sakini Arif usta sovet avtomobil sənayesinə məxsus 60- 70 il əvvəlin modellərini bərpa edərək göz oxşayan avtomobil ərsəyə gətirib. Onun sözlərinə görə, bu maşın 1955-ci ilə məxsusdur. Alındığı zaman bərbat vəziyyətdə idi. Bu maşını sıfırdan yeniləyərək bu hala gətirmişik. Maşının üstə əziyyətimiz çox olub. Maşınla şəkil çəkdirmək istəyənlər, toy üçün istəyənlər çox olur.

Arif İbrahimov bu avtomobilin orijinallığı ilə yanaşı, hazırki vəziyyətə gətirməsinin heç də asan başa gəlmədiyini deyir:

"Çox xərcimiz çıxdı bu maşın üçün. Detalı tapılmayan maşını bu vəziyyətə gətirmək çox çətindir".

Müasir, dinamik həyatda bir qədər nostalji hissləri oyadan elementlərin olmasının ayrı gözəllikləri var. Retro avtomobillərin şəhərin küçələrində peyda olması elə bu cür xoş ovqat yaradan nümunələrdəndir.

Onu da bildirək ki, 1974-1975-ci ilə qədər olan avtomobillər retro kateqoriyasına aid edilir.