:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Evlilik proqramının GİZLİNLƏRİ: Kişilərlə qızlar BUNU EDİR - FOTOLAR

Font

Rusiyada keçirilən "Gəl evlənək” şousunun iştirakçılarının qəribə sürprizləri izləyicilərinə bəllidir. Lakin bu barədə bilməyənlər də az deyil.

Yenizaman.az Publika.az-a istinadla şou iştirakçılarının unudulmayan sürprizlərini təqdim edir:

Bu proqramda iştirakçılar ailə qurmaq istədikləri şəxs üçün müxtəlif sürprizlər hazırlayır, mahnı oxuyur, şeir deyir, rəqs edir, habelə foks göstərənlər də olur. Hətta bu verilişdə yaşananları bəzən film, yaxud serial çəkilişinə bənzədənlər də var.

Hamı şokda

Əgər bir qıza təsir etmək istəyirsinizsə, ona özünü şahzadə kimi hiss etdirməlisiniz. Bu məntiqi əsas tutan veriliş iştirakçılarından Roland xoşuna gələn qızın əlindən tutub səhnəyə dəvət edir və ona qədim Yunan əfsanəsini danışır, qıza onun indi bir şahzadə olduğunu deyir və sonda dəfnə çələngini onun başına qoyur. Lakin onun sözləri qıza təsir etmir. Rolandın bu sözlərindən təsirlənən başqa bir qız səhnəyə çıxır. Bu dəfə Roland səhnəciyi yenidən təkrarlayır və eyni sözləri ona deyir. Rolandın sevgilisi isə kənardan qısqanc baxışları ilə onları izləyir. Qəfildən izləyicilərin, heç sevgilisinin də gözləmədiyi hadisə baş verir və qız Rolandı öpür.

Qoyunlar studiyada

Dörd il əvvəl studiyaya bir qız gəldi. Xenia adlı qız indi çilingər işləsə də, uşaq bağçasında müəllimə işləyib, onun ən böyük istəyi isə dəfn mərasimləri təşkili agentliyində işləməkdir. Onun qəlbini fəth etmək üçün öz təsərrüfatını quran, ixtisasca inşaatçı olan Ayrat Ulyanovski vilayətindən verilişə gəlib. Ancaq tək gəlməyib, özünün 3 qoyununu da studiyaya gətirib. Bu isə təkcə tamaşaçılar üçün böyük sürpriz olub. Əlbəttə, ən çox təəccüblənən qızın anasıdır.

Bu verilişdə daha nələr yaşanmayıb

Heç bir proqramda nə kişilər, nə qadınlar, nə də tamaşaçılar üçün belə bir striptiz görülüb. Ən yaddaqalan rəqs isə "Şöhrət dəqiqəsi” verilişdə olmuşdu ki, iştirakçı münsiflərin qarşısında stolun üstünə çıxıb rəqs etmişdi. Bu dəfə isə "Gəl evlənək” verilişində Valeri Meladze mini ətəyi və açıq rəqsi ilə studiyadakılara sürpriz təşkil etdi. Onu rəqsi isə iştirakçılar tərəfindən birmənalı qarşılanmadı.

Qəşəng küknar

Məhz gəlinin sürprizindən sonra oğlanı belə çağırırdılar. Belə ki, Bella və Roman yeni il öncəsi proqramda iştirak edərkən küknar ağacı bəzəmək barədə qərar veriblər. Amma bu qərarın təəccüblü tərəfi qızın küknar ağacı əvəzinə oğlanı bəzəməyi təklif etməsidir. Bella rəfiqələrinin köməkliyi ilə oğlanı bəzəyib. Əvvəlcə ona yaşıl parçadan örtük geyindirib, sonra da oyuncaqlarla bəzəyib.

Portağalla masaj

50 yaşlı Arkadinin arzusu sarışın qadınla ailə qurmaq olub. Onunla evlənmək üçün gələn ilk namizəd isə bütün kriteriyalarına uyğun idi. Belə ki, Yulia adlı xanım həm sarışın idi, həm də fitnes klubunda işləyirdi. Sarışın xanımın sürprizi isə isti portağal ilə Arkadini masaj etmək oldu.

İtalyan ailəsi

Roman isə sevdiyi Natalya üçün İtalyan ailə münasibətlərinin təsvir edildiyi səhnəcik hazırladı. Əvvəlcə o Nataliyaya komplimentlər dedi. Birdən-birə isə sanki əsəbiləşib və qabları sındırmağa başladı. Buna əsəbiləşən Natali oyunda iştirakdan imtina etdi. Bu zaman Roman simvolik olaraq qəlbini çıxarıb Nataliyə verdi. Qız onu bağışladı.

Belə axmaqlıq görülməyib

Yəqin ki, onlar "Xanım və Avara” cizgi filminin qəhrəmanlarından ilhamlanıb bu addımı atıblar. Axı orada da bir makaron çubuğunu iki nəfər eyni anda yeyir. Oxşar hadisəni Andrey və Yana proqramda reallaşdırmaq qərarına gəlib. Qızın gözü bağlanır və studiyaya sosiska, banan və çuxçela gətirilir. Qız gözü bağlı onlardan birini seçir. Yananın bəxtinə çuxçela düşür. Bu çətinliklə çeynənən qidanı Yana gözü bağlı formada Andreylə birlikdə yeyir. Gözü bağlı olmaqla yanaşı onların əli də qidaya dəyməməlidir. Studiyadakılar bunu ən axmaq sürpriz adlandırırlar.

Gülxar