:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hirkan Milli Parkında 117 növ quş və sürünən heyvan yaşayır - VİDEO

Font

11 yanvar dünyada Milli Park və Qoruqlar Günü kimi qeyd olunur. Hazırda ölkəmizdə ümumi sahəsi 890 min hektaradək xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 8 Milli Park, 12 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Hazırda Milli Parklar ölkə ərazisinin 3,7%-ni təşkil edir. Vətənimizin hər bir Milli Parkı zəngin biomüxtəlifliyi ilə seçilir. Belə incilərdən biri də Lənkəranda salınan Hirkan Milli Parkıdır.

Yenizaman.az ARB Cənub-a istinadən xəbər verir ki, hazırda 40 min 358 hektar sahəni əhatə edən Hirkan Milli Parkı prezident İlham Əliyevin sərəncamı ilə 2004-cü il fevral 9-da yaradılıb. Milli Park ölkəmizin cənub-şərqində, Lənkəran və Astara rayonlarının ərazisində yerləşir. Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, ”Qırmızı Kitab”a daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir. Milli Parkın ərazisinin çox hissəsini meşələr və dağlar əhatə edir. Buranın yayı quraq, payızı rütubətli, qışı isə mülayimdir. Parkda təkcə nadir bitki aləmi deyil, nəsli tükənməkdə olan heyvan növləri də mühafizə olunur. Burada həmçinin 117 növ quş və sürünən növləri də yaşayır. Parkın zəngin flora və faunasının mühafizəsinə son vaxtlar diqqət daha da artırılıb.

Hirkan Milli Parkının direktoru Azər Mirzəyev: "Bu gün ərazimizdə 3 arka İsti su, Daştatük gözətçi arkası və Osaküçə gözətçi arkası fəaliyyət göstərir. Bu arkalarda 24 saatlıq mühafizə rejiminə tam əməl olunur.”

Milli parkın direktorunun sözlərinə görə Parkda 24 saatlıq yanğına qarşı təhlükəsizlik xidməti xidməti çalışır. Cənub bölgəsində əsasən isti quru küləklər əsdiyindən parkda yanğın təhlükəsizliyi tədbirlərini daha da möhkəmləndirib.

Hirkan Milli Parkının direktoru Azər Mirzəyev: "Bununla bağlı hər 3 arkalarımızda su çənləri yanğına qarşı yanğınsöndürən balonlarımız ,növbətçilərimiz yanğın keşikçiləri ilə bir yerdə fəaliyyət göstərir. 48 yegerlə bərabər kənd camaaatının gücündən istifadə edib Hirkan Milli Parkının ərazisindəki meşələrimizin mühafizə olunması üçün əlimizdən gələni əsirgəmirik.”

Hazırda Milli Parkda mühafizə məqsədilə 11 fototələ yerləşdirilib. Bu çəkilişlər vasitəsi ilə məlum olub ki, Milli Parkda bəzi heyvanların sayında artım müşahidə olunub.

Hirkan Milli Parkının direktoru Azər Mirzəyev: "Bu fototələlərin yaddaşlarına biz baxdıqda görəcəyik ki, bəbir ailəsinin çoxalması tam sübütdur, arı ailələrinin çoxalması, cüyür ailələrimizin çoxalması. Yegerlər yaddaş kitabçalarında qeyd edirlər ki, cüyürlərin 30-40-a yaxın sürü şəklində gəzməsini müşahidə ediblər.”

Müsahibimizin deyir ki, gələcəkdə fototələlərin sayı artırılacaq və elə yerlərdə quraşdırılacaq ki, bu görüntülər əyani şəkildə ictimaiyyətə təqdim edilə bilsin. Bildirək ki, Hirkan Milli Parkının həm də Cənub bölgəsində ekoturizmin inkişaf etdirilməsində də rolu böyükdür. Son 6 ay ərzində bölgədə 11 turizm marşurutu yaradılıb. Bu da yerli və xarici turistlərin Hirkan milli parkına rahat gəlməsini təmin edəcək. Təkcə ötən il parkı 400-ə yaxın əcnəbi, 1000-ə yaxın yerli turist ziyarət edib.