:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"İslam böyük dindir"- Tramp administrasiyası

Font

ABŞ dövlət katibi postuna namizəd Reks Tillerson İslamı "böyük din” adlandırıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, "ExxonMobil” şirkətinin keçmiş rəhbəri müəyyən din və ya qruplara qarşı ümumi qadağanı dəstəkləmədiyini bildirib.

Tillerson "ExxonMobil” şirkətinin rəhbəri olarkən Yaxın Şərqdə və Asiyanın cənub şərqində bir çox müsəlman ölkələrində olduğunu deyib. Bundan sonra "bu böyük dini tanıdığını və qiymətləndirdiyini” vurğulayıb.

Seçkiqabağı kampaniya zamanı Tramp terror aktlarının qarşısını almaq üçün müsəlmanların ABŞ-a girişinə müvəqqəti qadağa qoyulmasını təklif etmişdi. Onun bu təşəbbüsü həm Demokratlar, həm də Respublikaçılar tərəfindən tənqid olunub.

Yenizaman.az