AzNews.az "Rustavi-2” telekanalına istinadən xəbər verir ki, hadisə Tibilisidə baş verib. Atəş açan şəxsin kimliyi, eləcə də Qoqoçurinin hazırki vəziyyəti bəlli deyil.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və kriminalistlər çalışır.

Faktla bağlı qəsdən sağlamlığa xəsarət yetirilməsi və qanunsuz silah saxlanması maddələrilə cinayət işi açılıb.

Mindia Qoqoçuri Marqvelaşvilin birinci xanımından olan qızı Maki Çiçuanın həyat yoldaşıdır. 2016-cı ilin iyulunda Marqvelaşvili ailə üzvlərinə təzyiq olunmasıyla bağlı prokurorluğa müraciət edib. Həmin vaxt Qoqoçurin və onun dostu Mixail Tataraşvili dindirilib.