:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp: “Rusiya ilə heç bir saziş yoxdur”

Font

"Rusiya heç vaxt mənə təzyiq göstərməyə çalışmayıb”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "Twitter” hesabında yazıb.

"Rusiya heç vaxt mənə təzyiqi göstərməyə çalışmayıb. Mən Rusiya ilə ən kiçik əlaqələrə malik deyiləm. Heç bir saziş, heç bir borc, heç nə yoxdur”, - deyə Tramp qeyd edib.

Milyarder həmçinin yazıb ki, onun opponentləri saxta iddialarla seçkilərdəki qələbəsinin əhəmiyyətini azaltmağa çalışırlar.Qeyd edək ki, Amerika KİV-i Rusiya agentlərinin milyarderi etibardan salan informasiyalara malik olduğunu yazıb. Lakin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sözügedən iddiaları "kriminal əsər”lə müqayisə edib.