:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Danışıq qüsurlu qızın qeyri-adi bacarığı – Video + Foto

Font


1986-cı il təvəllüdlü Mingəçevir şəhər sakini Xəyalə Əmiraslanova anadan gəlmə danışma qüsurludur.

ARB TV xəbər verir ki, 31 yaşlı Xəyalə, həmyaşıdları arasında seçilir. Yüksək əl qabiliyyətinə malikdir.

Müxtəlif rəngli muncuqlardan əl işləri hazırlayır. 10 yaşında bəri bu işlə məşğul olan Xəyaləyə həvəs nənəsindən keçib. O, düşündüklərini 3 gün ərzində parça və taxta lövhələr üzərinə düzür.

Xəyalə tək bu bacarığı ilə seçilmir. O həm də rəngarəng saplardan geyim və bəzək əşyaları toxuyur. Onun yaratdığı əl işləri içərisində ən sevdiyi anasının rəsmidir. Parça üzərində tikilən əl işi mükafata da layiq görülüb.

Şəfiqə Əmiraslanova: "Orta məktəbdə bir tərifnaməsi var. Əmək əl işlərinə görə. Sonra bu uşaq yaradıcılıq mərkəzində 2 dənə tərifnaməsi var. İşi gedib Bakıda birinci yerə çıxıb”.

Xəyalə bu əl işləri ilə daxili rahatlıq tapır.

Gənc qız düzəltdiyi əl işlərini hədiyyə edir. İndi onun bir arzusu var. Gələcəkdə yaratdığı əl işlərinin sərgisini təşkil etmək.

Yenizaman.az