:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"National Geographic" telekanalı Talış dağlarında - super video

Font

"National Geographic Wild" telekanalı növbəti çəkilişini Azərbaycanda edib.

Axşam.az-ın məlumatına görə, Talış dağlarında, Hirkan qoruğunda baş tutan çəkilişlərdə kanalın fotoqrafı və rejissoru Adrian Streynin də olduğu ekspedisiya qrupu Qafqaz bəbirinin axtarışına çıxıb.

Onlara Babaxan adlı həmyerlimiz bələdçilik edib.

Filmdə A.Stern Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla görüşdüyünü, ekspedisiyaya haradan başlamaq haqqında məlumat aldığını deyir. O, Hirkan Milli Parkında müxtəlif yerlərdə kameralar quraşdırdıqlarını, çətin də olsa Qafqaz bəbirlərinin görüntülərini əldə edə bildiklərini vurğulayır.