:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Siqaret puluna qənaət etdi, helikopter düzəltdi - Qusarda - VİDEO - FOTOLAR

Font


Qusar rayonu Samur qəsəbə sakini Mirzəxan İmamquluyev 10 ildir ki, üzərində çalışdığı helikopteri ərsəyə gətirib.

Yenizaman.az ARB-yə istinadən xəbər verir ki, helikopterin hazırlanmasının maraqlı tarixçəsi var. Belə ki, 67 yaşlı ixtiraçı uzun müddət siqaret aludəçisi olub. 3 dəfə əməliyyat keçirdikdən sonra həkim məsləhəti ilə zərərli vərdişdən qurtulub. Ona xərclədiyi pula isə ehtiyyat hissələri alaraq helikopter hazırlamaq qərarına gəlib.

Helikopteri ayağa qaldırmaq isə hələ ki, mümkün olmayıb. Bunun üçün lazım olan avadanlıqlar isə ölkəmizdə yoxdur.

Mirzəxan İmamquluyevin ixtiraları isə bununla kifayətlənmir. O, fındıq təmizləyən qurğu ixtirası ilə fındıqların təmizlənməsi işini asanlaşdırıb. Qurğu üçün avtomobilin ehtiyyat hissələrindən istifadə edən ixtiraçı cihazı daha da təkmilləşdirmək istəyir.