:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bu ölkənin vətəndaşı olmağı kim istəməz ki... XOŞBƏXTLİK ÜÇÜN HƏR ŞEY - FOTO - VİDEO

Font

İsveç Şimali Avropada yerləşən Skandinaviya ölkələrindən biridir. Eyni zamanda dünyanın ən xoşbəxt və firavan əhalisi olan məmləkətidir. Amma biz sizi İsveç sakinlərinin xoşbəxtliyinin hansısa uydurma səbəbləri barədə tanış etməyəcəyik. Hər halda faktlar göz qabağındadır və onların özünü əla hiss etməsi üçün nə çoxlu şokolad (şokolad axı xoşbəxtlik hormonlarını artırır) yeməyə, nə də meditasiya ilə məşğul olmağa ehtiyacı var.

Birincisi, dövlət özünün yüksək həyat səviyyəsi, keyfiyyətli təhsili, təmiz ekologiyası və cinayətkarlıq hallarının az olması ilə məşhurdur. İkincisi, bu ölkədə yuxarı sinif şagirdləri məktəbdə davamiyyətlərinə görə hər ay 187 dollar qazanır. Onlarda hətta ali təhsil pulsuzdur. 1979-cu ildən etibarənsə İsveçdə uşaqlara qarşı istənilən fiziki cəza qadağan olunub. Üçüncüsü və ən əhəmiyyətlisi, İsveçdə verilmiş şəxsiyyət vəsiqələri demək olar ki, dünyanın bütün ölkələrinə vizasız girişi təmin edir. Xoşbəxt olmaq üçün kifayət qədər səbəb var, elə deyilmi? Lakin Bunlar hələ hamısı deyil...

Beləliklə, Publika.az-ın "Yolçu” layihəsi çərçivəsində bu həftə oxucuları xoşbəxtlər ölkəsinə virtual səyahətə dəvət etmişik.

Dünyanı təbəssüm xilas edəcək

Стокгольм - город Астрид Линдгрен

Əgər avstraliyalıları saymasaq, onda isveçlilər bütün dünyada ən xoşbəxt və firavan yaşayan xalq sayılır. Bir dəfə xarici jurnalistlər Stokholm küçələrinə çıxıb və sakinlərdən sadəcə niyə məhz belə xoşbəxt göründüyünü soruşub. Sakinlər cavabında bu ölkədə hər kəsin güldüyünü və bunun bir növ nəfəs almaq kimi təbii ehtiyac olduğunu söyləyib. Odur ki, İsveçə getməyi düşünürsünüzsə, yadda saxlayın ki, əgər küçədə kimsə sizə gülümsəyibsə, onda cavab olaraq təbəssüm göstərməlisiniz.

Təmiz hava, sağlam bədən

John?r Bildbyr? AB +46 8 644 83 30 www.johner.se fotograf: H?kan Hort info@johner.se sales@johner.se

İsveçin 9,5 milyon əhalisi 450 000 kvadrat kilometr yüksəklikdə, yəni, havanın kifayət qədər təmiz olduğu ərazidə yaşayır. Bir çox isveçli sağlam olmasını bununla bağlayır.

Azad sevgi, azad seks

Gay-Marriage

Bu, qəribə səslənə bilər, amma qeyri-ənənəvi oriyentasiyası olan insanlar İsveçi məhz azad sevgilərə icazə verdiyi üçün sevir. Burada onlar üçün bütün imkanlar var. Yeri gəlmişkən İsveç bircinsiyyətli insanların rəsmi nikahına icazə verən sayca dünyada yeddinci ölkədir. Bu qanun 1 may 2009-ci ildə qəbul edilib. Dövlət onlara təhlükəsizlik hissi və həyatını istədiyi kimi yaşamaq üçün hər cür imkan verir.

Qəhvə

fika

İsveçlilər qəhvəni piroqla içməyi sevirlər. Onlar bu ritualdan o qədər çox zövq alırlar ki, hətta bunun üçün söz fikirləşiblər - fika.

Qəhvənin faydaları haqqında isevçlilərin müxtəlif əfsanələri var. deyilənlərə görə, İsveç kralı III Gustav bir dəfə çay və qəhvənin insan orqanizminə təsirini görmək üçün eksperiment keçirməyi əmr edib. Bu sınaq çərçivəsində ölümə məhkum edilmiş əkiz qardaşlardan istifadə edilib. Edama məhkum edilmiş bu qardaşların cəzaları bir şərtlə dəyişdirilib ki, onlardan biri ömrünün sonuna qədər hər gün 3 fincan çay, digəri isə 3 fincan qəhvə içsin. Kral eksperimentin sonunu görə bilmir, onu qətlə yetirirlər. Lakin belə məlumdur ki, birinci hər gün 3 fincan çay içməli olan qardaş dünyasını dəyişib.

Stokholm

Related image

Bu ecazkar krallığın paytaxtı qeyri-adi gözəlliyə malik olan Stokholm şəhəridir. O, mənzərəsi ilə hər kəsi valeh etməyə qadirdir. Stokholm inanılmaz qürubu, soyuq dənizi və insanı dəli edən şirniyyat qoxuları ilə hər kəsi özünə heyran qoyur. Bu rahat, kiçik, nağıllar şəhərində mənzilbaşına piyada getmək üçün gözəl şərait yaradılıb.

Nağıllar parkı

Əgər siz nağılları sevirisinizsə, onda Yunibaken parkını ziyarət etmək məcburidir. Siz burada özünüzü Astrid Lindqrenin kitab aləmində hiss edəcəksiniz. Yunikbakendə skandinaviya nağıllarının bütün qəhrəmanları canlanır və tamaşaçılarda heyranlıq doğurur.

Açıq səma altında muzey

"Skansen” açıq səma altında tikilən ilk etnik muzeydir. Burada hər şey çox canlı və həqiqi görünür. Muzeydə isveçlərin milli geyimləri, məişət təfərrüatları ilə bağlı ətraflı məlumatlar, qədim dövrə aid evlər ilə tanış olacaqsınız. Bundan başqa, muzeyə bağlı olan kafe, bulka dükanlarında müvafiq vaxtda qonaq olub qəlyanaltı və yeməklərin dadmaq olar.

Heykəllər parkı

Stokholmda daha bir sehrli yer Millesqordendir. Heykəllər parkında antiklik və modernizm, qədimlik və müasirlik bir-birinə heyrətamiz şəkildə uyğunlaşdırılıb. İsveçin ən tanınmış heykəltəraşı Karl Millesin evi və studiyası da burada yerləşir. Buradakı möcüzəni gördükdən sonra siz onları heç vaxt unutmayacaqsınız. Çünki Millesin işləri o qədər maraqlı, orijinal, qeyri-adi, heyranedici və gözəldir ki, onu başqa heykəltəraşın əsərləri ilə qarışdırmaq mümkünsüzdür. Əgər siz tarixi heykəllərlə maraqlanmırsınızsa, problem deyil. Bu park şam ağacları və günəş qürubunu seyr etmək üçün ideal yerdir.

Saraylar

Дроттингхольмский дворцовый комплекс

İsveçin ən məşhur Drottninqxol qəsrində özünüzü şahzadə kimi hiss etmək mümkündür. Bu saray indiyədək İsveç kralı və kraliçanın iqamətgahıdır. Çin pavilyonundan parka qədər qayıqda getmək lazımdır. Qəsrin saray teatrı bu gün dünyada unikal səhnə avadanlığı istifadə edən yeganə teatr, həmçinin 17-ci əsrin ən yaxşı teatrlarından biridir.

Arxipelaq

Стокгольмский архипелаг

İsveçlilərin bəxti gətirib ki, ölkənin əsas təbii görməli yerini ziyarət etmək üçün paytaxtdan uzaqlara getmək lazım deyil. Stokholm gözəldir, şübhə yoxdur. Lakin buranı gəzən hər bir səyyah başa düşür ki, ən təsirli yer arxipelaqdır. Sehrli dəniz mənzərəsi olan arxipelaq 30 mindən artıq ada, riflər və adacıqlardan ibarətdir. Burada hər kəs özünə yaxşı bir məşğuliyyət tapacaq: kater və ya velosipedlə gəzmək, həmçinin atla gəzintiyə çıxmaq olar. Demək olar ki, bütün adalarda qayıqla balıq tutmaq üçün gözəl imkanlar var. Bir çox varlı şəhərlilər orada özlərinə yay evləri tikdirib və hər istirahət günlərini orada keçirirlər.

Art-metro

Onu dünyada "ən uzun rəsm qalereyası" adlandırırlar. Burada bütün stansiyalar sənət əsərləri ilə bəzədilib, bəziləri isə özlüyündə hər biri art-obyektdir. Sadəcə hər stansiyada düşün və muzey kimi gəzib bu qəribəlikdən zövq alın. Həmçinin özünüz ilə yemək götürün və stansiyalarının birində skamyada xəlvətcə kiçik piknik edin.

İsveç təamları

Stokholmda yalnız iki restoran Mişlen ulduzu alıb. Onlardan biri hər qastronom səyyahın proqramının vacib bəndi olan "Matsalen”-dir. "Frantzen and Lindeberg” isə köhnə şəhərdə yerləşir. Onlar bu gün Stokholmun əsas restoranlarından biridir. İkincisi nəinki Mişlen ulduzuna layiq görülüb, həm də dünyanın 20 və 50 ən yaxşı restoranları siyahısına daxil olub. Bu restoranda şam yeməyi qastronomiya tamaşasına baxmaq deməkdir. Qeyd edək ki, ölkənin milli yeməkləri arasında ən məşhuru siyənək balığı və isveç küftəsidir. Sağlam mətbəxinə görə İsveç dünyada 4-cü yerdədir.

Delikateslər bazarı

"Ostermalms Saluhall” bazarını mütləq ziyarət edin. Bu bazar qastronomiya suvenirlərin alınması və milli yeməklərlə tanış olmaq üçün ideal yerdir. Böyük örtülü bazar on doqquzuncu əsrin sonunda tikilib. Burada eko-məhsullarının və tipik İsveç delikateslərinin çoxlu sayda inanılmaz çeşidləri ilə tanış olmaq imkanı əldə edəcəksiniz. Onlardan biri qızardılmış siyənəkdir. İsveç mətbəxini bu xırda balıq olmadan təsəvvür etmək çətindir, odur ki, heç olmasa nəzakət xatirinə də olsa, yerli siyənəyin dadına baxmaq lazımdır. Bir qayda olaraq, onlar meydanın gur mərkəzlərində satılır.

Malmö şəhəri

Image result for malmo

İsveçin digər əsas şəhəri Malmödur. Əgər xərçəng sevirsinizsə, onda Malmöyə baş çəkmədən getməyin. Çünki bu şəhərdə avqust ayının ilk günləri hər il ənənəvi xərçəng günü kimi qeyd olunur. Bayramın hekayəsi 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində İsveçdə xərçənglərin kəskin azalması ilə bağlıdır. Xərçəng bayramı İsveçin hər yerində qeyd olunur. Lakin küçədə masaların üstünə düzülmüş xərçəngləri siz ancaq Malmö meydanlarında görə bilərsiniz. Xərçənglərin hazırlanma resepti çox sadədir: duzlu suda, pivə və şüyüd əlavə olunmaqla onları 7 dəqiqə qaynadırlar. Quruması üçün də 1 sutka gözləmək lazımdır.

Related image

Bayramın mühüm atributları qırmızı xərçəng, gülümsəyən günəş və ayın təsvir olunduğu gülməli papaqlar və önlüklərdir. Eyni motivlər adətən süfrənin qab-qacaq və kağız salfetlərini də bəzəyir.

Şəhərin mərkəzində çimmək kefi

Image result for malmö

Şimal və Baltik dənizlərini birləşdirən Eresunn boğazının sərin və təmiz sularında, eləcə də İsveç və Danimarkanı ayıran Ribersborqun qumlu çimərliklərində çimmək olar. Amma daha maraqlı və yerli ənənələrə riayət etmək istəyirsinizsə, onda qədim Ribersborqs Kallbadhusa gedin. 120 ildir ki, Malmö sakinləri qaralmaq və çimmək üçün dənizə taxta döşəmələrin üzərindən baş vurur. Burada 1898-ci ildən qalan spa və masaj salonları da var.

Maraqlı faktlar

Copymizm – İsveçin rəsmi dinlərindən biridir və Ctrl+C və Ctrl+V klaviş kombinasiyası onun müqəddəs işarələridir.

İsveçdə uşağın cinsini bəyənmədikdə hamiləlikdən azad edilməyə icazə verilir. Yeri gəlmişkən, İsveçdə valideynlər uşaq dünyaya gəldikdən və yaxud övladlığa götürüldükdən sonra 480 günlük ödənişli məzuniyyət götürmək hüququna malikdir.

Finlandiya, Avstriya, Norveç, Almaniya və İsveçdə əcnəbilərə ingilis dilində pulsuz təhsil imkanı yaradan universitetlər mövcuddur.

İsveç kralı XIV Karlın fransız dilində "Krallara ölüm” mənasını daşıyan tatusu var idi.

İsveç əhalisinin 89%-i ingilis dilinə sahibdir.

2009-cu ilə qədər isveç dili ölkənin rəsmi dili deyildi.

Aytən