:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İsa peyğəmbər haqqında ŞOK TAPINTI: O, həm kişi, həm də qadın... - FOTO

Font

İsa peyğəmbər haqqında ŞOK TAPINTI: O, həm kişi, həm də qadın... - FOTO


Bu günə qədər İsa peyğəmbərin yaşadığı dövr və təlimi haqqında bir çox fikirlər irəli sürülüb, hətta saxta əsərlər ortaya atılıb. Ancaq İordaniyada tapılan bu lövhələr bütün bunlara tam başqa ölçü gətirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, tapılan yeni lövhələr İsa peyğəmbərin yaşadığı dövr haqqında başqa fikirlər yaradıb.

İddialara görə, İsa peyğəmbərin ən qədim portretinin və sözlərinin olduğu bu lövhələr 2008-ci ildə İordaniyada israilli bədəvilər tərəfindən tapılıb. Alimlər tərəfindən araşdırılan lövhələrin İsa peyğəmbərin yaşadığı düşünülən dövrə, təxminən 2000 il əvvələ söykəndiyi məlum olub.

Lövhələrin üzərində həm müxtəlif yazılar, həm də İsa peyğəmbərə aid olduğu düşünülən portret var.

Mütəxəssislər tərəfindən tərcümə edilən bu yazılara görə, o, öz dininin təbliğini aparmır, özündən 1000 il əvvəl yaşayan Kral Davudun ənənəsini davam etdirir. Həmçinin, lövhədə olan yazılarda İsanın sitayiş etdiyi tanrının həm kişi, həm də qadın olduğu ifadə olunur.

Xatırladaq ki, lövhələrin kəşfi 2011-ci ildə ingilis televiziya kanalı BBC-də açıqlanmışdı.

Professor Roqer Vebb və Professor Kris Ceynes tərəfindən Surrey Universiteti laboratoriyalarında araşdırılan lövhələrin Roma dövrünə aid olan güllə lövhələrə bənzər olduğu iddia edilir.

Bu əsərlərin orijinallığı başqa alimlər tərəfindən də qəbul olunub. 2011-ci ildə İngiltərəyə göndərilən lövhələr burada arxeoloq Peter Norzover tərəfindən araşdırılıb və o da materialın 2000 il əvvələ söykəndiyi təsdiqləyib.

Lövhə xristianlığa aid ən köhnə sənəd xüsusiyyətini daşıyır.

Alimlər lövhənin Paleo-İbrani əlifbasında yazıldığını ifadə edir.

Bir başqa maraqlı detal isə o dövrdə "tekton” sözü ilə ifadə edilən və "dülgər” olaraq dilimizə çevrilən sənətkarların həmin zamanda gördüyü işlərlə bu lövhələrdə rast gəlinən yaradıcılıq tərzinə eyni adın verilməsidir.

Mənbə: http: //www.dailymail.co.uk/sciencetech/a ...

Dilruba Vaqifzadə