:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Peyğəmbərin məzarı açıldı... sirli hadisələr - ətir... işləməyən cihazlar - VİDEO

Font


İsa Məsihin Qüdsdə yerləşən məzarıyla bağlı araşdırma aparan alimlər qəribə hadisələrlə üzləşiblər. 

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, mütəxəssislər məqbərədən daş lövhəni qaldıran kimi ətrafda sirli hadisələr yaşanmağa başlayıb. 

Məsələn, arxeoloqların cihazları qəfildən sıradan çıxıb. Hətta birinci dərəcəli mütəxəssislər belə bunun baş vermə səbəblərini izah edə bilməyiblər. Onların sözlərinə görə, cihazların işinə hansısa naməlum mənşəli elektromaqnitlər mane olub. 

Həmçinin alimlərin sözlərinə görə, məqbərədən ətir çıxır. 

Oktyabrda alimlər araşdırma aparmaq üçün İsa Məsihin məzarını açıblar. Məzar 500 il ərzində ilk dəfə açılıb.