:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

6 yaşında ərə verilən, cinsi münasibətə “yox” dediyi üçün... - DƏHŞƏTLİ QANUNLAR

Font


Dünyanın bəzi ölkələrində qadına qarşı zorakılığı dəstəkləyən qanunlar var. Məhz bu qanunlara görə şiddətə məruz qalan qadınlar başlarına gələn acımasız rəftardan kiməsə şikayət edə bilmirlər.
Publika.az qadınların əzən vəhşi qanunları araşdırıb. 
Sudanda qızları 10 yaşında ərə verirlər. Pakistanda isə vəziyyət daha dəhşətlidir. Burada qızlar hətta 6 yaşında gəlin köçürülür.


İndoneziyada qadınlara motosikletdə oturmağa icazə yoxdur. Çünki bu zaman onlar ayaqlarını aralamalı olurlar.

Yəmən məhkəməsində bir kişi şahid iki qadın şahidinə bərabərdir.

Bir çox Afrika ölkələrin qadınların şalvar geyinməsi qadağandır.

Hindistanın bəzi regionlarında subay qadınlara telefon işlətmək olmaz.

İndoneziyanın şəhərlərində birində qadınlar axşam saat 11-dən sonra yalnız kişinin müşahidəsi ilə harasa çıxa bilər.

Mərakeşdə qadın kişidən ayrıla bilməz. Kişiyə isə istədiyi vaxt ondan ayrılmağa icazə verilir.

Los-Ancelesdə kişi qadını kəmər vasitəsi ilə döyə bilər. Lakin kəmərin uzunluğu qanunla göstərilən ölçüdə olmalıdır.

Hindistanın bəzi regionlarında qadın saat 10-dan sonra spirtli içki sifariş edə bilməz.

Statistika onu göstərir ki, ABŞ, İngiltərə, Avstraliya, İsrail və Kanadada öldürülən qadınların yarısının qatili onların sevgililəri və ya ərləridir.

Səudiyyə Ərəbistanda qadınlar hovuza girə bilməzlər.

İranda mağazada çalışan qadınların belə, başları bağlı olmalıdır.

Amerika ştatı Arkanzasın qanunlarına görə, ər qadını ayda bir dəfə döyə bilər. Birdən artıq döyülməyə qanunda icazə yoxdur.

BƏƏ qadınlar yalnız müsəlman kişilərə ərə gedə bilərlər.

Картинки по запросу müsəlman qadın

Hollandiyada hər il 200 000 qadın məişət zorakılığına məruz qalır.

İranda qadınlara parlaq rəngli paltar geyinməyə və tatu etdirməyə icazə yoxdur.

Hindistanın Mumbay əyalətində abortun 95% faizi kişilərin qız uşağı istəməməsi üzündən gerçəkləşdirilir.

Pakistanda qadın özündən üstün kasta nümayəndəsi olan kişi ilə cinsi münasibətdə ola bilməz. Əgər buna yol verərsə o, başqa kişilər tərəfindən seksual xarakterli zorakılığa məruz qalır.

Banqladeşdə qadını üzərinə "kislota” tökmək adi haldır. Bunun səbəbi isə qadının kişiyə "yox” deməsi və ya intim münasibətə girmək istəməməsidir.

Mələk