:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Qiymət artımına getmək amansızlıqdır, qəddarlıqdır”

Font

Yazarlarımız qiymət artımına haqq qazandıranların dediklərinə münasibət bildirib.

 

Son günlər işığın və qazın, eləcə də dərmanların bahalaşması əhali arasında böyük narahatçılığa səbəb olub. Bəzi ekspertlər, millət vəkilləri və sair məmurlar Tarif şurasının bu addımını gərəkli sayır, qazın, işığın qiymətinin Amerikadan və Avropadan ucuz olduğunu deyirlər.

 

Müstəqil.Az  qiymət artımı ilə bağlı görəsən yazrlarımız necə fikirləşir?- deyə sorğu apardı.


 a

Şair Aqşin Evren:


Məmurlar qazın, işığın qiymətinin qaldırılmasını gərəkli sayırlar? Lap yaxşı, çox gözəl. Həmin məmurların artıq pul ödəmək belə xoşlarına gəlirsə, buyurub, mənim və digər vətəndaşların kommunal xərclərimizi ödəyə bilərlər, razılıq verirəm. Dünyada bu boyda iqtisadi böhran olan vaxt qiymət artımına getmək amansızlıqdır, qəddarlıqdır. Hə, bir də ABŞ və Avropa ilə Azərbaycanı müzakirə edib uşaq başı aldatmaq olmaz. Bu müqayisəyə ibtidai sinif şagirdi belə gülər. Tarif Şurası qarmaqarışıq açıqlama verməklə əhaliyə demək istəyir ki, vəziyyət qarmaqarışıqdır. Ancaq əhalini "qalxmaq” sözünə bu qədər öyrətmək olmaz, Kərbəlayi.


gh

 

Şair Səxavət Sahil:


Hesab edirəm ki, ekspert və bəzi millət vəkillərinin nikbin düşüncələri cəfəngiyatdır. Onlar deyir ki bu artım əhaliyə bir başa təsir deyil. Əksinə bu kasıb təbəqəyə bir başa təsir edir və onları çətin vəziyyətə salır. Burda qənaətdən söhbət gedə bilməz. Hamı göstərilən limitdən artıq istifadə edir. Soyuqdan donan adam üçün nəyəsə qənaət yersiz görünür.

 

ad

 

Şair Faiq Balabəyli:


O millət vəkilləri ki bunu təqdir edir və deyir ki, bu artımın kasıblara aidiyyatı yoxdur, onlara təsirsiz ötüşəcək, hardasa haqlıdırlar. Nədə? Onlar dəqiq bilir ki, əhalinin kasıb təbəqəsinin çoxu rayonlarda, kəndlərdə yaşayır və məlumdur ki, rayonlarda, kəndlərdə qazlaşma hələ başa çatmayıb. Əksər rayon və kəndlərdə qaz xətləri yoxdur. Qaz xətləri olan kəndlərə isə qaz demək olar ki verilmir. Əhali odun peçindən istifadə edir. Mal-heyvavın peyinindən təzək, kərmə kəsir və yandırır. Bu qışı da hisin, pasın, iyin içində keçirəcəklər.
Azərbaycanı ABŞ və Avropa ilə müqayisə edənlər, bizdə qazın, işığın qiyməti onlardan azdır deyənlər, guya başa düşmürlər ki bizim ölkənin sakinlərinin dolanışığı, əmək haqları arasında böyük fərq var? Boş-boş danışırlar, bir dəfə təğyiri libas olub xalqın, səslərini alıb, aldatdıqları seçicinin arasında olsunlar, onda başa düşərlər ki, bu qiymət artımı, vətəndaşlarımızı əslində qiyamətə sürükləməkdir. Böyük marketlərdfə, şirkətlərdə insanlar 10-12 saat işləyib 150-250 manat civarında əmək haqqı alırlar. Cibi dolu, pulu çox, nəfsləri bol olanlar o zümrəni görsə yaxşı olardı.

 

Müstəqil.Az