:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Pekan qozunun faydalı xüsusiyyətləri - VİDEO

Font

Lənkəranın kəndlərində demək olar ki, hər həyətdə pekan qozuna rast gəlinir. Dadı və faydalılığı ilə seçilən bu qozun hazırda rayonda yığımı aparılır. Kiloqramı 5 manata satılan bu qozun özəllikləri barədə isə qarşıdakı materialdan biləcəksiniz

Cənub bölgəsində sakinlər arasında daha çox yapon qozu, rus qozu adı ilə tanınan pekan qozuna bir çox həyətlərdə rast gəlmək mümkündür. Xüsusi ilə bu ağac hər hava şəraitinə dözümlü olduğu, heç bir qulluq tələb etmədiyi üçün sərfəli sayılır. Ağacı çox hündür və təhlükəli olduğu üçün bircə məhsulun yığımı çətin başa gəlir.

Kənd sakini Sədail Ağayev: "Güclü cüssəli adamlar onu çırpır. Böyük ağaclardan 100-150 kiloqram, balaca ağaclardan 30-50 kiloqram məhsul çıxır.”

Məhsul yığıldıqdan sonra ev şəraitində sərilib qurudulur. Təsərrüfat sahibləri deyirlər ki, kiloqramı əsasən 4-5 manatdan satılan pekan qozuna tələbat çoxdur. Təbii ki, dadlı və faydalı olduğu üçün.

Kənd sakini Rahidə Ağayeva: "Yapon qozundan hazırlanan ləvəngi çox dadlı olur. Biz onu məclislərdə hazırlayanda deyirlər ki, bu çox ləzzətlidir.”

Pekan qozundan həm də çərəz kimi, və şirniyyatların hazırlanması zamanı geniş istifadə olunur.

Kənd sakini Rahidə Ağayeva: "Paxlava, şəkərbura və başqa şirniyyatlarda istifadə edirik. Ayırıb biraz kənara qoyuruq ki, Novruz bayramında şirniyyatlara qataq”

Bu səbəbdən də bir çox kənd sakinləri öz təsərrüfatlarında bu ağacların sayını daha da artırmaq niyyətindədir.