:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nadir hadisə: Ərəbistan səhrası qara büründü - FOTOLAR

Font


Səudiyyə Ərəbistanında hava şəraitinin gözlənilmədən kəskin dəyişməsi ölkənin bir çox əyalətlərində həyatı iflic edib.
 
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, daim isti iqlimi ilə seçilən ölkədə dayanmadan yağan leysan yağışları bir çox şəhərlərdə ciddi fəsadlara səbəb olub. Bəzi şəhərlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb, avtomobil yolları bağlanıb.
 
Bundan başqa ölkənin mərkəzi hissəsində temperatur o qədər aşağı düşüb ki, bu bölgələrə, eləcə də Məkkə və Mədinəyə qar yağıb, səhradakı qum qarla örtülüb. Səudiyyə Ərəbistanı hökuməti havanın qeyri-sabit keçməsi üzündən ölkə vətəndaşlarına və qonaqlara  müraciət edərək onları tez-tez dəyişən hava şəraitinə hazır olamağa çağırıb.