:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Anomal nəhəng heyvanlar – Fotolar

Font


Heyvanlar aləmindəki nəhəng heyvanlar hamıya məlumdur. Lakin bəzi heyvanların nəhəngliyi onlar üçün xarakterik hal deyil. 

Yenizaman.az AzNews.az-a istinadla böyük ölçüləri ilə qeyri-adilik qazanan, hətta Ginnesin rekordlar kitabına düşməyi bacaran heyvanları təqdim edir:

Terafoza Blonda






Təbiətin bu möcüzəsi Amazonka hövzəsində yaşayır. Araxnofobiyadan əziyyət çəkənlər belə nəhəng hörümçəyi görməsələr yaxşıdır. Bu heyvanın çəkisi 175 qrama çata bilər. 


İt Zevs



Sahibi onu zərif nəhəng adlandırır. Zevs dünyada ən hündür itdir. Onun hündürlüyü 91,44 sm, uzunluğu isə 2,22 metrdir. 


Nəhəng axatina



İnsan əli ölçüsündəki ilbizin uzunluğu 20 sm-ə qədər çata bilir. 


Ən böyük dovşan




Darinin çəkisi 22,6 kq, uzunluğu isə 132 sm-dir. 


Nəhəng Çin salamandrası




Salamandr dedikdə adətən, su yaxınlığında yaşayan kiçik kərtənkələlər yada düşür. Lakin Çin salamandrasının uzunluğu 180 sm-ə çatır. 


Ludo – Ən böyük pişik




"Maine Coon” növünü aid pişiklər böyük olmaları ilə seçilirlər. Lakin bu nəhəngin uzunluğu 114 sm-dir. 


Qurbağa qoliaf




Qurbağa 32 sm-ə qədər uzana və 3 kq-dan daha ağır ola bilər. 


At Big Ceyk




Əlbəttə, atlar kifayət qədər böyük heyvanlardır. Lakin Big Ceykin boyu 217 sm-dir.


Herkules




Şir və dişi pələngin hibridi olan Herkules 2006-cı ildə pişikkimilər dəstəsinə aid ən nəhəng heyvan kimi Ginnesin Rekordlar Kitabına düşüb. Arxa pəncələri üzərində dayanarkən onun uzunluğu 3,7 metrə çatır. 


İnək Blossom




Dünyanın ən böyük inəyi. Onun boyu 195 sm, çəkisi isə 1,3 tondur.