:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Meyxanaçılar mənə əngəl olurdular” - Namiq Qaraçuxurlu - VİDEO

Font

Meyxanaçı Namiq Qaraçuxurlu "Rəvayət" klipinin büdcəsini açıqlayıb. 

Axşam.az-ın məlumatına görə, ifaçı ARB TV-nin "Gəlin danışaq" verilişində bildirib ki, ekran işinə 300 manata yaxın pul xərcləyib:

"Bu pulu da Muğamat adlı dostumuz qarşılamışdı. Peşəkarlıq baxımdan aşağı səviyyəli iş ola bilər. Amma əsas görülən işdir. Bu, bir bariyer idi və biz bunu keçməliydik. Şükür, bacara bildik.

Meyxanaya yeni gələndə çox problemlər yaşadım. Paxıllığımı çox çəkirdilər, yolumu kəsmək istəyirdilər. Deyirdilər ki, meyxana nədir, klip nədir. Sonra konsert hazırladıq, bəzi meyxanaçılar 1 gün qabaq dedilər ki, biz gəlmirik. Çalışırdılar ki, konsert alınmasın. Amma ətrafımda olan dostlarım sağ olsun. Bundan sonra bəzi meyxanaçılarla aramız soyumağa başladı".