:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Yer kürəsində qadağan edilmiş 5 sirli zona -FOTOLAR

Font

Syurtsey adası

Qadağanın səbəbi elmi araşdırmalardır.1963-cü ildə İslandiya sahilləri yaxınlığında sualtı vulkan partlaması nəticəsində 2,7 kv. km. əraziyə malik ada yarandı. Bu ada elə həmin andan alimlərin marağını cəlb etdi. Çünki adalnın yaranması ilə orda həyatın nə şəkildə başlayacağını öyrənmək maraqlı olardı. Buna görə də adaya insanların daxil olması qadağan edilib.

Keymada Qrandi adası

Qadağanın səbəbi çoxlu sayda zəhərli ilanların olmasıdır. Bu ada Braziliya sahillərindən 35 km. məsafədə yerləşir. Kənardan cənnətə bənzəyən bu adaya daxil olmaaq insana həyatı bahasına başa gələ bilər. Burda 0,43 kv. km ərazidə 4000 zəhərli ilan yaşayır. Bu ilanlardan ən zəhərlisi olan botrops adlı ilanın zəhəri ani ölümə səbəb olur.. Buna görə Braziliya hökuməti əhaliyə vəə turistlərə  bu adaya girməyi qadağan edib. Ada ilanlar adası adı ilə tanınır.

Şimali Sentinel adası

Qadağanın səbəbi aborigenlərin aqressiyasdır.

Benqal körfəzindəki Andaman adalarından birində sentinelslər adlı təhlükəli qəbilə yaşayır. Bu qəbilənin üzvləri sivil dünya ilə istənilən əlaqədn qaçır. Onlar artıq 6 min ildir dünyadan təcrid olunmuş şəkildə yaşayırlar. Onlar 2004-cü ildə sunamidən sonra  humanitar yardım üçün  gəlmiş hind helikopetrini də zəhərli oxlarla atəşə tutmuşdular.

Yaponiyadakı İse  ehramı


Bu məbədə yalnız seçilmişlər daxil ola bilər.

Ətrafı hündür taxta hasarlarla əhatə olunm uş bu məbədə yalnız imperator ailəsinin üzvləri və yüksək  vəzifəli dindarlar daxil ola bilərlər.

Qryuinard adası

Qadağanın səbəbi bioloi silahın təcrübədən keçirilməsidir. 1942-ci ildə bu adada Sibir xorası xəstəliyinə yayan  bioloi silahın sınaqları keçirilib. Bu adada dünyada  ən təhlkəli nöqtələrdən biri hesab olunur. 1990-cı ildə adada təmizlənmə işinin aparıldığı elan ediləs də hç kim orda yaşamaq istəmir.