:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İncəsənət Universitetinə rəqib məktəb açıldı - İlqar Cahangir dərs deyir

Font


Əməkdar artist, Qızıl Dərviş mükafatı laureatı, aktyor İlqar Cahangir müstəqil incəsənət məktəbi açıb.

Bu barədə AzNews.az-a aktyorun ortağı, ADO teatrının rəhbəri Elmin Bədəlov məlumat verib.

Hər iki şəxsə aid olan "Elitar” adlı layihədə aktyorluqla yanaşı incəsənətin digər sahələrinə də yer veriləcək: "Ölkəmizdə müstəqil teatrların, yeni kinoların, serialların sayının artması müstəqil teatr məktəbinin yaranmasına ehtiyac olduğunu bildirir. Azərbaycanda İncəsənət Universiteti fəaliyyət göstərir. Hər kəsin isə bu universitetə daxil olmaq şansı olmur. Xeyli istedadlar isə bu universitetə qəbul olmadığı üçün fəaliyyət növünü dəyişməli olur. Biz isə teatr, kino və seriallara aktyorluq hazırlığı ilə yanaşı incəsənətin digər sahələrinə hazırlığa da üstünlük verəcəyik. Öncə aktyorluq kursu formasında fəaliyyət göstərirdik. Lakin müraciət edənlərinin sayının çox olduğunu nəzərə alıb bunu bir incəsənət məktəbi formasında təsis etmək qərarına gəldik. Məktəb müstəqil fəaliyyət göstərir. Burada tanınmış aktyor, rejissor, xoreoqraf, rəssam və digər sahələrin mütəxəssisləri dərs deyəcəklər”.

E.Bədəlovun sözlərinə görə, müstəqil məktəbin yeni açılmasına baxmayaraq, 20-dən çox tələbə müraciət edib: "Aktyorluq dərslərini İlqar Cahangir həyata keçirir. Hazırda məktəbdə iki sahə üzrə - aktyorluq və rəqs dərsləri həyata keçirilir. Lakin qısa zamanda yeni dərslərin də fəaliyyətinə başlanılacaq”.