:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Sevindiyindən qucağıma tullandı” - Rüşvətdə ittiham olunan hakim

Font

Amerikanın tanınmış xəbər saytı "Flowrestling” içərisində Azərbaycanlının da olduğu bir çox hakimlə bağlı ciddi ittihamlarla çıxış edib.

Sayt sözügedən hakimlərin qərəzli qərar verdiyini, korrupsiyaya əl atdığını iddia edib.

Məlumata görə, Dünya Güləş Federasiyasının baş hakimi Antonio Silvestri rüşvət alaraq oyunları satıb, Rusiya, Azərbaycan və Özbəkistan idmançılarına final mərhələsinə çatmaq üçün hakimlər vasitəsi ilə kömək edib.

Bundan əlavə, saytın yazdığına görə, Azərbaycan, Rusiya və Özbəkistan hakimləri döyüşlərin 50 faizini eyni tərkiblə idarə ediblər. Xəbərdə o da qeyd edilib ki, A. Silvestri rüşvət alaraq oyunları satmaqda ittiham edir.

Qalmaqallı yazıda Azərbaycanı Rio olimpiya oyunlarında təmsil edən yeganə hakim Hicran Şərifovun da adı hallandırılıb.

Beynəlxalq dərəcəli hakim Hicran Şərifov AzNews.az-a müsahibəsində qaranlıq məqamlara aydınlıq gətirib:

- Hicran bəy, yəqin ki, haqınızda səsləndirilən ittihamlar xəbərdarsınız.

- Xəbərim var, bu barədə amerikalılar yazıb. Orada konkret olaraq mən barədə heç nə demirlər. Xəbərdə Dünya Güləş Federasiyasının baş hakimi Antonio Silvestrinin korrupsioner olduğu iddia edilir. Guya istədiyi hakimi lazım olan görüşə yazır.
Qətiyyən elə şey yoxdur.

Bütün ölkələr təsdiqləyir ki, mən monqol və özbək güləşində düzgün hakimlik etmişəm, təmiz qərar vermişəm.

- Xəbərdə adınız çəkilməsə də, sizdən bəhs edildiyi görünür. Çünki Rioda hakim kimi yeganə təmsilçimiz idiniz.

- Düzdür, mən idim. Amma orada yazılıb ki, kollegiyanın sədri Antonio Silvestri döşəyə eyni hakimləri yazır.

Amma onda da təqsir yoxdur, nə edə bilər. Ardıcıllıqla yazır, sonra görür ki, o hakim görüşü korladı, bu hakim görüşü korladı.

Silvestri də məcbur olur ki, seçib ən təcrübəliləri, ən arxayın olduqlarını döşəyə yazsın.

Mənim haqqımda isə həmin xəbər yazılıb ki, hakimlik etdiyi görüşlərin 50 faizi rusiyalılar və özbəklər idi. Ancaq cəmi bir özbək görüşü idarə etmişəm, 3 dənə də rusiyalı idmançıların görüşü...

Ondan sonra isə 30-dan yuxarı görüşləri idarə etmişəm. Məgər mən olimpiadada 4 dəfə hakimlik eləmişəm? Məni 2-3 rusiyalı görüşünüə salıblar. Ona görə salılar ki, Hicran müəllim ürəklidir, qorxmur, çəkinmir.

Doğrudan da görüş zamanı mənim üçün fərqi yoxdur ki, güləşən rusiyalıdır, amerikalıdır, ya başqa millətdir.

Mən həqiqi ədalətli hakim kimi qırmızı və göy geyimli güləşənlərin hakimiyəm. Hətta erməni olsa belə, mənim üçün göy və qırmızı trikoda olan idmançı var. Onun milliyyəti mənə yarış zamanı maraqlı olmur.

- Rioda sizin idarə etdiyiniz görüşlərdən narazı qalanlar olmuşdu?

- Əksinə... Razı qalanlar oldu. Mən orada hakimlik etdiyim zaman rusiyalı güləşçi 3-cü yer üçün dünya çempionu ispan təmsilçisi ilə mübarizə aparırdı. Həmin görüşdə rusiyalı idmançı rəqibinə qarşı gözəl bir fənd icra etdi, mən də 5 xal verdim.

Bunu misal göstərirdilər ki, hakim dəqiq və yerində qiymət verdi. Hətta publika da bunu bəyənir. Bundan əlavə, dəfələrlə dünya, Avropa çempionu və mükafatçısı olmuş idmançı Matson verdiyim qərara görə sevindiyindən qucağıma tullandı.

- Siz necə düşünürsünüz, Antonio Silvestri doğrudan da bu işi görmüş ola bilər?

- Yox, əksinə, o gəlib hakimliyi korrupsiyadan qurtarıb. O, çox dəqiq və düzgün insandır. "Nemes”dir, sizcə "nemes” necə olar? (gülür)

Ondan əvvəlki baş hakim zamanı korrupsiya halları olub. Ondan qabaq bu sahədə dürüstlük yox idi. Ancaq özükimilərini qabağa çəkirdi, ondan hər şey gözlənilirdi.
Yenə deyirəm, Antonio Silvestri gələndən sonra isə belə hallar aradan qaldırılıb. Heç bir rüşvətdən söhbət gedə bilməz.

- Hicran bəy, bəs sizcə, bizim idmançılar doğrudan da nəyinsə hesabına irəli getmiş ola bilərmi?

- Elə belə deməklə deyil. Sözlə kiməsə qara yaxmaq olmaq. Azərbaycanlı güləşçilərin nəyinsə hesabına irəli getdiyiylə bağlı şübhə varsa, o zaman araşdırsınlar.
Amma bir şeyi deyim, yeri gəlsə, bizimkiləri nahaqdan uduzdurdular. Heç onu demirlər, lakin yalandan iddia edirlər ki, hakimlərin köməkliyi dəyib.