:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Kaş ki, o, məndən boşanardı" - Aybəniz Haşımova - Müsahibə VİDEO

Font

ARB TV-nin "Gəlin danışaq" verilişinə bu dəfə əməkdar artist Aybəniz Haşımova qonaq olub. 

Axşam.az-ın məlumatına görə, müğənni cəbhədə həlak olan həyat yoldaşı Xaliddən bəhs edib:

"Övlad olan yerdə sevmək ikinci planda qalır. Övlad varsa, sevmək boş şeydir. Mən həmişə deyirəm ki, oğlanı və yaxud da qızı fərd olaraq yox, qurduğun ailəni bütünlüklə sevməlisən. 22 yaşımda ailə qurmuşam. Cəmisi 1 il 6 ay yoldaşımla birgə olduq. Daha sonra müharibə başladı. Müharibə başlayandan gecə-gündüz yoldaşımın məqsədi orduya getmək idi. Əvvəllər kömək edirdi orduya - silah, patron və qida məhsulları alıb aparırdı. Amma sonradan fikrləri çevrildi və döyüşə gedəcəyini bildirdi. Nə qədər elədik fikrindən daşındıra bilmədik. Arada bir evə gəlib-gedirdi. Mən də elə bilirdim mənim üçün gəlir. Sonradan bildim ki, maşın-maşın meyit gətirirlər. Ağdərədə saysız-hesabsız əsgər şəhid oldu. Çox qorxurdum ki, yoldaşıma nəsə olar. Oldu da... Günlərlə uşağımdan xəbərim olmayıb. Məni iynə vurub yatızdırıblar. Özümə yer tapa bilmirdim. Yoldaşımın paltarlarını evdən apara bilmirdilər, qoymurdum. Hamı dağılışandan sonra onun paltarlarını götürüb onlarla danışırdım. Çox pis hislərdir. Bilirsən ki, bunları geyinən bir daha geri qayıtmayacaq".

A.Haşımova bildirib ki, qızı Aynişan atasına oxşayır:

"Kaş ki, o, məndən boşanardı. Mən onun dərdini belə çəkməzdim, ağrısını bu qədər yaşamazdım. Mənim sinəmi yarsanız, onun adı ilə nə qədər yara olduğunun şahidi olarsınız. Mən fəxr edirəm ki, mənim belə yoldaşım olub. O, ərazi bütövlüyümüzün qorunması naminə canından keçib. Onu daima qəlbimdə yaşadacam. Onun qanı yerdə qalmayacaq. İnanıram ki, torpaqlarımız geri qayıdacaq. Şəhidlər ölmür. Qızım atasına oxşayır. Avtomobili sürərkən onun əllərinə diqqət edirəm, sanki atasının əlləridir".