:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Sultan Süleymana ərə gedən aktrisa: “O, məni yoldan çıxardı” - MÜSAHİBƏ

Font

Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Naibə Allahverdiyeva ailə həyatı qurmağa hazırlaşır. Kiminlə ailə qurur, harada tanış olublar, toy nə vaxtdır? Bu suallar ətrafında bircə-bircə bizə danışdı.

 

Publika.az aktrisanın müsahibəsini təqdim edir.

 

- Naibə xanım, bəs nə vədə, nə vədə toy olacaq?

- Görək, hələ tarixi dəiqləşdirməmişik. Əsas odur ki, biz artıq bir yerdəyik.  O, indi yanımdadır.

 

 

- Tale quşu başınıza harada qondu?

- Bir məclisdə tanış olduq. O qapını üzümə açdı və həmin an baxışlarımız toqquşdu. Ürəyim titrədi və başa düşdüm ki, həyatımın kişisi budur.

 

 

- Ürəyinizi nəylə ovladı ki?

- Mən ağır təbiətli kişiləri çox sevirəm, yüngülxasiyyət kişilərdən zəhləm gedir.

 

 

- İlk baxışda haradan bildniz ki, ağır təbiətlidir?

- Şorgöz kişiləri gözündən tanıyıram. Yeri gəlmişkən. Sevdiyim kişinin gözləri Sultan Süleymanın gözlərinə oxşayır. O, mənim Sultanım, mən də onuq Hürrəmiyəm.

 

 

- Allah başacan eləsin. Yeznə kimlərdəndir, nəçidir?

- Hələ onu demək istəmirəm. Əsas olan ürəyimi ələ almasıdır. Gözləri ac deyil, görüb-götürmüş kişidir.

 

 

- Evlilik təklifini dərhal etdi?

- Yox, tanışlığımızın üstündən il yarım vaxt keçib. İlk üç-dörd ayı yazışdıq, dostlaşdıq. Heç bilmirdim ki, mənə evlilik təklifi edər. Bir gün açıb dedi ki, səni sevirəm. Ürəyimdən xəbər verdi, mən də "yox” demədim.

 

 

- Ər evinə köçüb, orada yaşayacaqsınız?

- Evində uşaqları yaşayır.

 

 

- Necə, kişi evlidir?

- Yox, subaydır. Üç il əvvəl  həyat yoldaşından ayrılıb. Xanım özü ərizə yazıb, boşanıb. Sevdiyim kişi heç boşanmaq üçün məhkəməyə də getməyib. Mən də dəqiqləşdirdim, oradan-burdan öyrəndim ki, dəqiq boşanıblar. Sonra razılıq verdim.

 

 

- Gələcək qayınananın bu izdivaca münasibəti necədir, səni qəbul edir edir gəlini kimi?

- Arvad ölür məndən ötrü. Hətta sevdiyim kişiyə deyib ki, əgər nə vaxtsa Naibəni atsan, südumu sənə halal etmərəm.

 

 

- Qayınanan sarıdan yarımısan ki… Həyat yoldaşınla uşaqların görüşməsinə əngəl olmayacaqsan ki?

- Qətiyyən, sevdiyim kişini uşaqlarının üzünə həsrət qoymaram. Nə vaxt istəsə gedər, görüşər, baxar. Ona əziz, mənə də əzizdir.

 

 

- Yeri gəlmişkən, bir qızın da var, bu izdivaca nə dedi?

- Nə deyəcək? Bu, mənim şəxsi həyatımdır. Qurmaq da öz ixtiyarımdadır. Qızım istəyir ki, mən xoşbəxt olum.

 

- Kişi sənə evlilik təklifi edəndə hədiyyə bağışladı?

- Üzük bağışladı. O üzük əbədi barmağımdan çıxmayacaq.

 

- Kişi sənin sənət yolunu kəsməyəcək ki?

- Qətiyyən. Əksinə, o məni sənədə görüb sevib. Deyir sənin gözəl sənətin var, dünyanı dəyişəndən sonra adın tarixə düşəcək niyə qarşını kəsim ki? hələ bir dəfə anam onun yanında demişdi ki, bu da sənət tapıb, o hirsləndi. Anama dedi ki, sən bilirsən qızın necə gözəl aktrisadır, onnu sənəti nümünədir e, onu bu aləmdən ayırmaq insafsızlıqdır.

 

- Özü nəçidir?

- Hələ bu barədə danışmaq istəmirəm.

 

 - Sənət adamı deyil ki?

- Bir az sənətə dəxli olan adamdır. O mənə həmişə dəstək olacaq.

 

- Xoşbəxtlik gözlərindən yağır, kişi səni yaman sevir deyəsən?

- Elə sevir ki, o sevgini həyatımda indi görmüşəm. O kişi məni sevgisiylə yoldan çıxardı.

 

N.Allahverdiyeva telefonla danışdığı yerdə sevdiyi kişinin səsini eşitdik: "Mən onu çox sevirəm”

 

Cəvahir

 

* Fotoları təqdim edirik