:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Rəcmxət müəllimimə vurulmuşdum" - Tural Balabəyli

Font

"Ad günündə Vaqif Səmədoğluna çaxır almışdım”

Gənc yazar Tural Balabəyli "Cebhe.info" portalına müsahibə verib. Müsahibədə gənc ədib ədəbiyyatdakı ilk addımlarından və hazırda gördüyü işlərdən danışır.

-Ədəbiyyatda ilkin addımlarınızı necə xatırlayırsınız?

-Sizə qeyd edim ki, mən ibtidai sinifdə oxuyanda (hadisənin neçənci sinifdə baş verdiyini dəqiq xatırlamıram) bizə rəsmxətt dərsi keçən müəlliməyə vurulmuşdum. İlk şeirimi də o gənc müəlliməmə yazmışdım. O isə sən hələ uşaqsan deyib, mənə təşəbbüsüm etmişdi. Bundan sonra bir müddət yazmadım. 18 yaşım olanda "On səkkizinci baharım” adlı bir şeir yazdım. Bəlkə də mən deyərdim ki, bu şeir dönüş nöqtəsi oldu.

İlkin vaxtlarda isə atama görə daha çox məni dəyərləndirirdilər. Hətta bəziləri elə hesab edirdi ki, mənim yazılarımı atam yazır. Amma zaman və vəziyyət sübut etdi ki, heç də belə deyil.

-Kimləri oxuyursunuz?

- Sevinc Pərvanəni, Seymur Baycanı oxuyurdum (sonra oxumadım).

-Yeni layihəniz var. Bu layihə birbaşa uşaq ədəbiyyatının inkişafına xidmət edir, yoxsa gənclərin ruhlanmasına?

-Bu layihə olmasa da belə gənclər öz yaradıcılıqlarına davam edirlər. Bizim bu layihəmiz birbaşa uşaq ədəbiyyatının inkişafı ilə bağlıdır. Çünki uşaq ədəbiyyatında kifayət qədər durğunluq var. Biz Faiq Hüseynbəyli ilə fikirləşib bu layihəyə start verdik. Düşünürəm ki, gəlişiuğurlu addımdır.

-Gənclər ümumilikdə niyə ədəbi qurumlara birmənalı münasibət bəsləmirlər?

-Onlar AYB-dən onlara lazım olanları əldə edəndən sonra başlayırlar üz çevirməyə. Bu isə onların riyakarlıqlarının ilkin göstəriciləridir.

- Bildiyimiz qədəri ilə Vaqif Səmədoğlu ilə baba-nəvə münasibətiniz olub… Bu münasibətin səbəbi nə idi?

-Vaqif Səmədoğlu ilə münasibətlərimiz 2010-cu ildən başlamışdı. Mən facebook səhifəmdə bir vətən şeiri paylaşmışdım. O isə mənə demişdi ki, bu, şeir deyil, söz yığınıdır, bunu yığışdır.  Mənim də ona reaksiyam kəskin olmuşdu: "Siz xalq şairisiniz, onda siz mənə deyin yaxşı şeirin necə olmağını”. O isə mənə təbəssümlə dedi ki, sənin atan da şairdi və məsləhət gördü ki, mən şeirlərimi redaktə etmək üçün kimə göndərim. Bu söhbətimizdən bir saat sonra Vaqif Səmədoğlu yazdı ki, şeirlərini yaz və mənə göndər. Sosial şəbəkələrdə paylaşma. Mən şeirlərimi ona göndərdikcə bəzi məqamlarda mənə əsəbləşsə də, demək olar ki, mənim ədəbiyyat müəllimim Vaqif Səmədoğlu olub. O, mənə ədəbiyyat nəzəriyyəsini belə öyrədirdi.

-Vaqif Səmədoğlu ilə tanışlıq əsaslı dəyişikliyə səbəb olub…

-Bəli, məni demək olar ki, ədəbiyyatda tam düz istiqamətə yönəltdi. Və beləliklə, mənə mövzular verirdi, deyirdi ki, bu mövzu haqda şeir yaz. Mən də bacardığım kimi yazırdım. O isə mənim şeirlərimi oxuyub başlayırdı misralarda dəyişiklik etməyə. Etdiyi dəyişiklikləri isə tam aydınlıqla mənə izah edirdi. Artıq 2013-cü ildə mənə dedi ki, şeirlərini topla və kitab nəşr etdir. Hətta kitabıma qeyri-adi ad da fikirləşmişdi. Vaqif Səmədoğlu mənim kitabıma "O” adını verməklə kitabın oxunaqlı olacağını düşünürdü. Mən isə başladım bu adın və dərc olunacaq kitabın reklamı ilə məşğul olmağa. Sosial şəbəkələrdə və ədəbiyyat portallarında silsilələrlə şeirlərimi yayımlayırdım. Təbii ki, kitabın adı ilə birlikdə yayımlayırdım.

Bir də gördük ki, yazar dostlarımız bu ad altında kitablar dərc etdirdilər. Vaqif Səmədoğlu mənə dedi ki, artıq bu ad əldən getdi. Hətta çapdan əvvəl bu adı gündəmə gətirdiyim üçün məni danladı. İdeya olaraq bu ad bizə məxsus olsa da, dostlarımız bizdən əvvəl istifadə etdikləri üçün yeni ad fikirləşmək məcburiyyətində qaldıq.

-Kitabın sonrakı adı sizə nə dərəcədə uğur qazandırdı?

- Artıq kitabı çap etmək vaxtı idi. Yenə də Vaqif müəllimə müraciət etdim. Dedi ki, kitabın adı belə olacaq: "Bütün kişiləri mən biləcəksən”.

Nədən bu adı seçdiyini soruşanda dedi ki, bu adla kitabın daha çox seviləcək. Çünki o, gənclərin marağına yaxşı bələd idi. Ancaq bu ad hər kəs tərəfindən asanlıqla və sadə şəkildə qarşılanmadı. Bu adı pis yerə yozanlar və buna etiraz edənlər də az olmadı.

Sonra onunla münasibıtlərimiz daha da dərinləşdi. Mənim hərbi xidmətə getmək zamanım idi. Getməzdən əvvəl "əsgərim” adlı bir şeir yazdım. Oxuyub bəyənmişdi. Dedi ki, amma, sən Azərbaycan əsgərini bundan da qüdrətli və cəsarətli obrazla təsvir edə bilərdin. Mənə dedi ki, səhhətimlə əlaqədar olaraq səni yola sala bilməyəcəm, ancaq ömrüm nə qədər vəfa etsə, o qədər də səni gözləyəcəm.

Özünə dedim ki, toyum olanda dediniz ki, şair, şeir yazmaq evliliyə bənzəməz. İndi də deyirsiniz ki, şair şeir yazmaq əsgərliyə bənzəməz. Sakit halda mənə dedi ki, mənim sözlərimin əlbət ki, bir mənası vardır.

Əsgərliyə get, özün hər şeyi görəcəksən. Bəli, elə də oldu. Əsgərlikdə çox riyakar insanları gördüm, dünya malından ötrü bir-birinə yaltaqlanan və sonra kimlərinsə arxasınca söz danışan vicdanı natəmiz insanların varlığına şahid oldum.

-Hərbi xidmətdə olmaq sizi ədəbiyyatdan uzaqlaşdırdı?

-Xeyr, əksinə. Mən hərbi xidmətdə olanda daha çox gündəmdə idim. Ata, Mübariz Məsimoğlu, Fərqanə Mehdiyeva və digər yazar dostlarım mənim ədəbi cameədə yoxluğumu qətiyyən hiss etdirmirdilər. Tez-tez şeirlərimi yayımlayırdılar, haqqımda sosial şəbəkələrdə statuslar paylaşırdılar…

Hərbi xidmətdən qayıdanda isə dənizdə işləməyi seçdim. Bu da bir başa daxili aləmlə bağlıdır. Quruda insanların riyakarlığını görüb, dənizə üz tutdum. Çünki balıq çirkabı sevməz, bəlkə balıqlar saf olar, dedim.

- Sonuncu dəfə nə vaxt danışmışdınız şair dostunuzla?

- Ölmündən 3- 4 gün əvvəl zəng etmişdim (onda hərbi xidmətdə idim).  Məndən halımı soruşanda ona biraz ağrıdığımı dedim. Mənə dedi ki, hərbi hospitalın rəisi dostumdur, istəyirsən səni tapşırım ona. Mütləq orda sənə yardım edərlər və bir müddət qalıb müalicə olunarsan. Razılaşmadım, dedim sadəcə sizin əhvalınızı soruşmağa görə zəng etdim. Mənimlə danışandan sonra komandirimə zəng etmişdi. Demək olar ki, hərbi hissədə hamı təəccüb içində idi. Bir xalq şairinin gənc oğlan üçün hərbi hissə komandirinə zəng etməyi hər kəsdə mənə maraq yaratmışdı. Hətta bu qısa danışığımızın içində mənə kitabımın da adını dedi. Mən hərbi xidmətdə olan zamanda kitabım çap olunmalı idi. O isə kitabıma "Əsgərin kitabı” adını seçmişdi. Amma nədənsə bəzi problemlərə görə bu kitab qaldı.

Ondan bir neçə gün sonra eşitdim ki, Vaqif Səmədoğlu dünyasını dəyişib. Əlbəttə, bu, məni hədsiz kədərləndirdi. Çünki mən təkcə xalq şairi yox, həm də bir dost itirmişdim. Bu itki mənim üçün çox çətin oldu. Çünki o, əsl dost idi.

-Heç atanızla bu qədər dost olmusunuz?

-Hətta sizə deyim ki, atamla razılaşmayanda, sözümüz düz gəlməyəndə də üzümü Vaqif babaya tuturdum (ona baba deyirdim). O da mənə deyirdi ki, mən də Səməd Vurğunla belə idim, ancaq ən sevimli övladı da mən idim. Ona ardıcıl atamla anlaşmamağımızdan şikayət edəndə, o, mənə "Rina” filminə baxmağı məsləhət gördü. O film mənə çox şeyin izahını verdi.

Həddindən ziyada zarafatcıl insan idi. Mən onu zarafatsız təsəvvür belə etmirdim… Çaxırı çox sevərdi. Hətta mən ad günündə ona çaxır almışdım.