:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Türkiyənin 70 yaşlı ulduzu: "Hər an ərə gedə bilərəm..." - FOTOLAR

Font

Müğənni Ajda Pekkan "Hürriyet" qəzetinin əməkdaşı Ömür Gedikə müsahibə verib.

Eyni zamanda ikili birgə fotosessiya da etdiriblər.

Axşam.az həmin müsahibənin maraqlı məqamlarını təqdim edir:

- Neçə dəfə aşiq oldunuz?
- Heç saymıram belə şeyləri. Sayılmalı bir şey yoxdur.

- Sevgi qadınısız?
- Hə. Mən pişiyimə də aşiq oluram, yaşadığım hər şeyə aşiq ola bilərəm. Gözəlsə, dəyərsə, mənimlə uğundursa... Hazırda baxçama, sevdiyim insanların etdiyi gözəl hərəkətlərə aşiqəm.

- Türk kişisi diqqətlidirmi?
- Düşünmürəm.. Çünki uşaq kimidirlər.

- Kişilər nə vaxt böyüyür?
- Yaşı yoxdur. Həyatda yaşadıqları təcrübələrə, səhvlərə və ya doğrularına görə böyüyürlər.

- Heyvanlar sizə nə öyrədir?
- Mənə hər gün bir şey öyrədirlər. İnsan olmağı, sadiq qalmağı... O da bu dövrdə çox səhvdir (gülür)

- Sadiq olmaq?
- Hə, amma mən beləyəm. Özümə, işimə, sevdiklərimə sadiqəm.

- Evli, uşaqlı biri olsaydınız, necə olardı?
- Mən o tip biri deyiləm. Amma evə bağlıyam. Həyatımda hər zaman xoşbəxt olmaq üçün darıxdım. İstədim, bunun üçün çox fədakarlıq etdim...

- Xoşbəxtsiniz?
- Xoşbəxtəm. Kiminsə məni xoşbəxt etməsi vacib deyil, öz-özümə xoşbəxtliyi öyrəndim. İndi yaxşıyam. Çox paradoks yaşadım. Amma insan özü ilə xoşbəxt olmağı bacarırsa, bunu öyrənə bilirsə, həyatdan dərs çıxara bilirsə nə yaxşı.

- Həyatda ən böyük dərsi nədən aldınız?
- Öz həyatımdan. Ajda Pekkanın köləsiyəm əslində...

- Tarkan evləndi. Ondan sonra hamı başladı evlənməyə. Bəs siz?
- Sabah, bir gün mənim nə edəcəyim bəlli olmaz, hər an ərə gedə bilərəm. Hər şey edə bilərəm. Yaşayarkən həyatdan  həzz almağı sevirəm.

- Bədən quruluşunuz çox gözəldir. Çox idman edirsiniz?
- Nə qədər idman edirəmsə, edim. Həyatın insandan aldıqları var. Ona görə özümə yaxşı baxmağa çalışıram. Çox ağır idman edirəm. Qadınlar kimi yox, kişi gimnastikası ilə məşğulam.

- Səhnə ritualınız var?
- Yox, sadəcə Allaha deyirəm ki, "Mənə kömək et". İnanclı insanam.

- Həyatınızı girən kişilər işinizə hər zaman müdaxilə ediblər. Neçə dəfə bununla rastlaşmısınız?
- Hər zaman. İşimə anlayış göstərməyib məhdudlaşdırmağa çalışdılar. Mənə heç kim sual verə bilməz. Çünki mən heç kimə sual vermirəm, hesab soruşmuram.

- "Kişilərlə münasibətimdə atamı axtardım" demişdiniz...
- Mənim atamla o qədər böyük münasibətim olmayıb. Kaş ki kişilər beyinlərində mənim qədər kişi olsaydılar... Dürüst, sözünün arxasında qalan.

- Uşaq həsrətiniz varmı? Heç övladlığa götürmək barədə düşünmədiniz?
- Yox, düşünmədim. Uşaqları çox sevirəm, amma özümü belə bir hissdən məhrum etmişkən başqa bir uşağı övladlığa götürmək fikri qəribədir. Şərtlər uyğun olsaydı, özüm uşaq doğardım elə...

- Peşmanlıqlarınız oldu şöhrət yolunda?
- Şöhrətdən neçə dəfə qaçmağa çalışdım, amma məni buraxmadı. Hələ də buraxmır.

- Bəlkə də kiminsə sizin əlinizdən tutub çəkməsi lazımdır
- Kim çəkər ki, bu saatdan sonra. Çəksin, vallah (gülür).