:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Bir dəfə ailə quracam, boşanmaq olmaz" - Günel+fotolar

Font

Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günel Zeynalova "Hürriyət”ə müsahibə verib. 

Axşam.az müsahibəni ixtisarla təqdim edir:

- "Gel çağıramam” adlı sinqlınız işıq üzü gördü. Necə iş oldu?

- Mahnının sözləri və musiqisi mənə aiddir. İllər əvvəl yazdığım bəstədir. Ətrafımda olan sənətçi dostlarıma qulaq asdırdım, hamı bəyəndi. "Çıxartsam, nə olar” dediyim halda, bir də baxdım studiyadayam. İlk dinləyənlər, "əla" dedilər. 

- Nə zaman əlinizə kağız-qələm alıb mahnı yazırsınız?

- Yanlız qaldığım hər an. Ürəyim sıxılanda, pis olanda, sevinəndə, nəyişə qışqırıb demək istəyəndə... Hönkür-hönkür ağlayıb mahnı yazdığım anlar da olub. Ən gözəli də mahnı yazanda kağıza göz yaşlarının damcılamasıdır. 


- Göz yaşının töküldüyü o mahnı hansıdır?

- Deyə bilmərəm, hələ işıq üzü görməyib. Bir gün işıq üzü görəndə deyəcəm. Mən kövrək bir qadınam. Kiminsə nəyinəsə əsəbiləşirəm, pis oluram, halını düşünürəm, çox sevinirəm. 

- Sənətlə yanaşı hansı işlərlə məşğulsunuz? Pizza eviniz var. Mətbəxlə aranız necədir?

- Əlimin duzu var. Mətbəxi çox sevir, orada çox vaxt keçirərəm. Salatlar, makaronlar və toyuq yeməkləri bişirirəm. Yeyən hələ zəhərlənməyib (gülür)



- Sizi alan qazandımı?

- Vallah bilmirəm. Məni alan yaşadı, indi də yaşayır. 

- Alan biri var yəni...

- İnşallah, hər şey qismətdir. Nəzərə çox inanıram, mənə tez göz dəyir. Sevənlərim belə xəbərimi eşidəndə xoşbəxt olur, amma indi elə bir şey yoxdur. 



- Brilyant işinə başladığınız doğrudur?

- Azarbaycanda zinət əşyalarını çox sevirlər. Mən də xoşlayırdım. İnsanlar taxdığım aksessuarlar üçün "Çoxdur, haradan aldın” deyə, soruşmağa başladılar. Buna görə də "işə başlayım, məndə alınar" dedim və başladım eskizlərə. "GNL diamonds” adını verdim.  

- Brilyant kolleksiyası hazırlayan bir qadına necə üzük bağışlanmalıdır?

- Brilyant çox kiçik, amma dəyərlidir. Mən də kiçik amma dəyərliyəm. İnsanın dəyərli olması önəmlidir. Üzüyün də balacası, böyüyü olmaz, əsas mənalı olmasıdır. 

- Xəyalınızdakı tək daşın eskizini hazırladınız?

- Hər kəsdən fərqli, məna aid bir şey çəkdim. Mənim üçün önəmli olan onu taxıramsa, ömür boyu çıxarmamaqdır. Ailə qurmaq bir dəfə olur, boşanmaq ola bilməz. Əlbəttə, kimsə boşanmaq üçün evlənmir. 

- Ən böyük dəstəkçiniz İbrahim Tatlısəs olub. Onun haqqında nələr deyə bilərsiniz?

- Onun haqqını heç vaxt ödəyə bilmərəm. Tatlısəs bir imperatordur, Türkiyənin gəlib-gedən tək səsidir. "İbrahım Tatlısəs bu insanın əlindən tutubsa, bizə qulaq asdırırsa, demək, bu qızda nəsə var” deyə, mənə yanaşdılar. Məni İbrahim Tatlısəsin insanların gözündəki sonsuz inamı və bacarığına görə tanıdılar. "Bu da orasını-burasını açdı” deyərək, məni dinləmədilər. İki il sonra 20 ilimi qeyd edəcəm.