:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Əli Cəfərov: "Uşaqların qəlbində qalan istedadlarının uzə çıxmasında mühüm islər gördük"

Font

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərovla söhbətimiz zamanı birlik rəhbərinin gənc nəslə ünvanlı keçirdiyi təlimlər və bütövlükdə Azərbaycanda vətəndaş cəmiyyətinin real vəziyyətinə münasibət əsas müzakirə mövzusu oldu. 
- Əli müəllim, son günlər reallaşdırdığınız "Uşaq və yeniyetmələrin yol hərəkəti qaydaları haqqında maariflənməsi və yaradıcı təfəkkürlərinin inkişafına dəstək” layihəsi geniş ictimaiyyət tərəfindən çox maraqla qarşılandı. Yəqin həm də ona görə ki, hədəfiniz Azərbaycanın gələcəyi olan uşaq və yeniyetmələrin maarifləndirilməsi idi. Nəticələri şərh etməyiniz maraqlıdı... 
- Bilirsiniz ki bizim əsas hədəflərimizdən biri də usaq və yeniyetmələrin maariflənməsi , onların mənən zənginləşməsi və onlarda milli süurun inkisafına nail olmaqdır. Milli süursa nəinki usaq və yeniyütmələr, bütövlükdə millətin özünün milli düsüncəsini formalasdırmaq və inkişaf etdirmək anlamındadır. Milli suur və düsüncəsi olmayan toplumun uğurlu gələcəyi ola bilməz. Bu nöqteyi- nəzərdən maariflənmə işini bizim gələcəyimiz olan usaqlardan baslamaq lazımdır. Həm də ona görə ki, uğurlu gələcəyə imza ata bilək. 
Sagirdlərimiz təlimlərin nəticəsi olaraq özlərinə, dostlarına və ətrafdakı insanlara qarşı daha da diqqətli və qayğıkeş olacaqlar. Eyni zamanda uşaqların mənəvi aləmi zənginləşərək, onlarda əxlaqi dəyərləri formalaşdıracaqdır. Onlar davranıs qaydalarını mənimsəməklə yanası biləcəklər ki, yaşlılara hörmət və qayğı yazılmamış qanunlarımızdandır. Toplanan biliklər şagirdlərin məsələlərə yaradıcı, həm də öz prizmasından yanaşa bilmələrinə yardım edəcək. Və bu layihə onları istiqamətləndirmək baxımından yaxşı vasitə olacaq. 
Məlumat üçün deyim ki, uşaqların çoxunun qabiliyyəti onların daxilində gizlənir. Bu spesifik bacarıqların aşkara çıxarılması və inkişaf etdirilməsi istiqamətində əsas iş müəllimlərin üzərinə düşür. Təlimlər nəticəsində usaqların yaradıcılıq qabiliyyətlərinin inkişafı ilə yanaşı, onların şəxsiyyətlərində də müsbət dəyişikliklər yaranır. Biz müşahidə edirik ki, onlarda həmçinin  təşəbbüskarlıq, qərarların qəbulunda müstəqillik, özünü azad ifadəetmə vərdişləri, özünəinam hissləri oyanmış oldu. 

- Layihəniz əsasən yol hərəkəti qaydalarını uşaqlara mənimsətməkdən ibarət olsa da, digər daha maraqlı bir çalar – gələcəyimiz olan balaların "yaradıcı təfəkkürlərinin inkişafına dəstək” də layihə çərçivəsində paralel, ayrılmaz bir hissə kimi müşayiət olundu. Bu ideya nədən qaynaqlandı? 

- Bilirsiniz ki, bizim hədəflərimiz usaq və yeniyetmələr olduğuna görə biz bu təlimi məktəbdə keçirməyi planlasdırmışdıq. Buna görə də biz təlimləri 64 saylı orta məktəbdə reallaşdırdıq. Məktəbə isə müxtəlif inkişaf səviyyələri olan sadirdlər gəlirlər. Yəni bütün sağirdlər nə eyni dünyagörüsə sahıbdilər, nə də onların maraq dairəsi eynidir. Məşhur ixtiraçı Edison deyib: "Dahi - bu bir faiz ilham, doxsan doqquz faiz isə tər tökməkdir". Burda əsasən müəllim -pedoqoqdan çox sey aslıdır. Sagirdlərin yaradıcı fantaziyalarını işə salmaq, həvəsləndirmək,onların fərdi pisxoloji xüsusiyyətlərini və istedadlarını üzə çıxarmaq əsas hədəflərimizdən idi. Heç bir usaq dünyaya savadsız gəlmir. Onlarda bilik və bacarıqların üzə çıxması , bir səxsiyyət kimi formalasması təlim və tərbiyyənin nəticəsidir.Biz uşaqların qəlbində qalan istedadlarının uzə çıxmasında mühüm islər gördük. Tamamılə sakit bir usaq mövzu ilə əlaqədar kiçik səhnəcikləri elə gözəl ifa edirdi ki...  və yaxud mövzulə əlaqədar elə yaxsı rəsm çəkirdilər ki, adam heyran olurdu. 
Bir sözlə, biz bir daha sahidi olduq ki, hər bir insanın qəlbinin dərinliyində gizli bir istedadı var, sadəcə o istedadı tapıb üzə çıxarmaq vacibdi. Həm uşaqların özlərinin, həm də təbii ki, dövlətimizin və xalqımızın gələcəyi naminə. 

- Azərbaycanda vətəndaş cəmiyyətinin real durumu qaneedicidirmi? Bunu o səbəbdən soruşuruq ki, vətəndaş cəmiyyətinin güclü olması bu tipli layihələrin həyata keçirilməsində və nəticələrinin cəmiyyətimizə daha çox xeyir gətirməsində xüsusi rol oynaya bilər... 
- Əvvala onu deyim ki, əgər o cəmiyyətdə demokratiya varsa, deməli vətəndas cəmiyyəti üçün qorxulu heç nə yoxdu. Yaxud o toplumdakı vətəndaş cəmiyyəti təqib və təzyiqlərə məruz qalırsa, deməli orada demokratiya yoxdur və heç bir inkişafdan söhbət gedə bilməz. Vətəndaş cəmiyyəti demokratiyanın qarantıdır. Qaldı sualınızın digər qisminə təbii ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Surası yarandığı vaxtdan bu günə kimi vətəndaş cəmiyyəti institutunun bir qolu olan Qeyri Hokumət Təşkilatlarına daimi diqqətlə yanaşır və bizim reallasdırmaq istədiyimiz layıhələrin həyata keçirilməsində imkan daxılındə köməkliklərini əsirgəmir. Məhz Suranın dəstəyi ilə həyata keçirilən layıhələr nəinki vətəndaş cəmiyyətinin inkişafına dəstək olur , eyni zamanda insanların maariflənməsi,demokratiyanın bərqərar olması üçün əsas zəmindir. 

- Bu istiqamətdə layihələrinizi davam etdirmək niyyətiniz varmı? Layihənin ictimai səmərəsini nəzərə alaraq bunu soruşuruq. Layihədən faydalananların sayı fikrimizcə layihənin icrasında iştirak edənlərdən daha çox – on minlərlədir. Təbii ki, gördüyünüz işlərin media vasitəsilə ictimailəşdirilməsi sayəsində onların rezonansı özünü göstərəcək. Ona görə də gələcək planlarınızı dinləmək və ictimailəşdirmək istərdik... 

- Təbii ki, bizim İçtimai Birlik yaranısından bu günə kimi gənclərin maariflənməsi, milli mənəvi dəyərlərimizin təbliği və s işlərlə bağlı çoxlu sayda layıhələrə imza atmısdır. Məhz təlimlərin gedisi zamanı mətbuat vasitələrinin bizim layıhənin isıqlandırılması nəticəsində on minlərlə insan layıhəmizin hədəflərini onlayn vasitəsilə məlumatlanır və diqqətlə bizim təlimləri izləyirdilər. Fürsəttən istifadə edərək sizin mətbuat orqanınız vasitəsilə bir daha təlimlərimizin əhəmiyyəti və gözlədiyimiz nəticələr haqqında içtimaiyyəti məlumatlandırmaq istərdim. Bizim təlimlərin praktiki iş mərhələsində sagirdlərimizin mənəvi dünyası zənginləsdi, yaradıcı və tənqidi təfəkkürləri inkişaf etdi. Eyni zamanda özünəgüvənc və təsəbbüskarlıq hissləri gücləndi. Şagirdlər öz düşündüklərini sərbəst demək, səhv olacağından çəkinməmək kimi müsbət keyfiyyətlərə sahıb oldular. Mözu ilə əlaqədar cəkilmis şəkillər, yazılmıs esselər, kişik səhnəciklər onların mövzunu daha yaxsı mənimsəməsinə və yaradıcılıq təfəkkürlərinin inkisafına ciddi dəstək oldu. 
Yol hərəkəti qaydalarını mənimsəməklə isə onlarda yol mədəniyyəti hissləri formalaşmış olacaq ki, bu da özlüyündə gələcək bədbəxt hadisələrin qarsısının alınmasında öz təsirini göstərəcəkdir. Bu cür təlimlər usaqları tərbiyə edir, fəallaşdırır, hər cür neqativ hallara qarsı barışmaz olmağa çağırır və onları kamillik zirvəsinə haraylayacaqdır. Onlar özləri yol hərəkəti qaydalarına riayət etməklə yanası, ətrafındakı insanları da bu isə sövq edəcəkdir. Gördüyümüz işlərin nəticəsi olaraq uşaqlarda zərif insani hisslər güclənəcək və bir - birlərinə ehtiyacı olduğunu anlayacaqlar. Onlar anladılar ki, səhv etmək olmaz. Çünki hər hansı bir səhv ölümlə nəticələnə bilər.Təlimlər nəticəsində sagirdlərin düşünmək, fikir bildirmək, nüfüz etmək qabiliyyətləri formalaşmış oldu.
Yenizaman.az