:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Süd vəzilərini necə böyütmək olar? - həkimlə müsahibə

Font

Xanımlar hər zaman ideal görünmək üçün əllərindən gələni edirlər. Bir qadın gözəl görünmək üçün bıçaq altına yatmaqdan da çəkinmir. Son dövrlər qadınlar arasında ən aktual olan süd vəzisinin böyüdülməsidir.

Peşəkar plastik cərrah Taha Mehmetoğlu Axşam.az-a müsahibəsində süd vəzinə silikonların yerləşdirilməsindən danışıb:

- Süd vəziləri bədəni tamamlayan və qadın gözəlliyini ortaya çıxaran çox önəmli bir orqandır. Qadın nə qədər incə və ideal bir bədənə sahib olsa da, döşlərin formasız olması onu çirkinləşdirəcək. Qadınlar böyük, dik və gözəl süd vəzisinə sahib olmaq üçün plastik əməliyyata müraciət edirlər. Müasir dövrdə qadınların ən çox müraciət etdiyi estetik əməliyyatdan biri də məhz elə döşlərin böyüdülməsidir. 

- Süd vəzilərinin formasını dəyişməsinə nə səbəb olur?

- Hamiləlikdən, süd verəndən, arıqlayandan sonra qadınlarda döşlərin forması dəyişir və sallaq forma alır. Əməliyyat vasitəsilə onları istənilən ölçüyə və formaya gətirmək mümkündür. Bu cür əməliyyat xanımların psixologiyasına da müsbət təsir edir, özünə güvəni artırır. 

- Süd vəzilərinin böyüdülməsi hansı yolla edilir?  

- Bu protezlərin, yəni silikonların əməliyyat vasitəsilə döşə yerləşdirilməsidir. Silikonlar formasına, böyüklüyünə və kiçikliyinə görə müxtəlif ölçülərdə olur. Kəsik xəstənin istəyinə uyğun müxtəlif yerlərdən aparıla bilər: döş altındakı qatlanma yerindən, uc hissədən və ya qoltuq altından. 

- Əməliyyat zamanı nələrə diqqət edilməlidir?

- Süd vəzisi çox vacib və incə orqandır. Buna görə əvvəlcə həkimin nə dərəcədə professional olduğunu öyrənin. Əməliyyat mütləq estetik-cərrahi klinik şəraitində icra edilməlidir. Daha bəsit ortamlarda əməliyyatın edilməsi qadağandır.

- Əməliyyat necə aparılır?

- Bu, son dərəcə asan bir əməliyyatdır. Narkozla edilir. 1,5 saat çəkir. Əməliyyat zamanı qadının bədəninin böyüklüyü, kiçikliyi, bədən forması və qadının arzusu nəzərə alınmalıdır. Silikonlar bəzən əzələ altına, bəzənsə əzələ üstünə yerləşdirilir. Buna yalnız həkim qərar verməlidir. Əməliyyatdan sonra döş ətrafında izin qalıb-qalmaması qadınları çox narahat edir. Onlara demək istəyirəm ki, iz yox deyiləcək qədər az olur. Hətta bəzən o qədər kiçik iz olur ki, onu ancaq diqqətlə baxanda görmək olur. 

- Əməliyyatdan nə qədər sonra xəstə normal həyata qayıda bilər?

- Bəzən səhər əməliyyat olunmuş xəstə axşam evinə qayıda bilir. Ən çox bir gün xəstəxanada qalmaq tələb olunur. Üç-dörd gün, ən çox isə bir həftə evdə istirahət etdikdən sonra işə başlamaq olar. Amma 3 həftə ərzində ağır əşyalar qaldırmaq, idman etmək olmaz. 

- Silikonların ömrü nə qədər olur?

- İstifadə etdiyimiz silikonlar müvəqqəti deyil. Əgər xanım istəyərsə, ömrünün sonuna kimi qala bilər. Əgər qadın ölçünü dəyişmək istəyərsə, onda əməliyyatla çıxarılıb, istənilər ölçüdə silikon yerləşdirilə bilər. Silikon ömürlük qoyulur. 

Xanımları ən çox narahat edən məsələlərdən biri də silikondan sonra xanımın hamilə qala və uşağa süd verə bilməsidir. Demək istəyirəm ki, heç bir problemlə qarşılaşmayacaqsınız.

Ünvan: İstanbul NS klinikası (Atatürk pr. 140)

Tel: (012) 467 85 00
      
      (055) 467 85 00
 
      (051) 940 85 00