:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Lopes azərbaycanlı iş xanımının mağazasında - fotolar

Font

Dünyaca məşhur ulduz Cennifer Lopes rusiyalı maqnat Mixail Qutseriyevin ikinci oğlu Səidin toy mərasiminə qatılmaq üçün Moskvaya gedib.

Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, müğənni alış-veriş edərkən fotoqrafların obyektivinə tuş gəlib. Ceylo azərbaycanlı iş xanımı Aysel Trudelin "Aizel" butikinə yollanıb. Müğənni yeni libaslar alaraq, qarderobunda dəyişiklik edib.

Mağaza 2 saata yaxın Lopes üçün bağlanılıb. Aysel şəxsən özü ifaçı üçün libaslar seçib.

Qeyd edək ki, bu Lopesin "Aizel" butikindən ilk alış-verişi deyil. Bundan əvvəl də Ceylo Moskvaya gələrkən mağazaya yollanmış, libaslar almışdı.