:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Lənkəranın axundu ilə bağlı şok görüntülər yayıldı - VİDEO

Font

Sakinlər əməllərinə görə tezliklə onun məsciddən getməsini tələb edirlər

Lənkəranda Hüseyniyyədə baş verən hadisələrdən, Ramiz adlı dırnaqarası axundun toyda əl açıb oynamasından yəqin ki, məlumatınız var. Lənkəran sakinləri bu dəfə axundun rüşvətlə bağlı video kadrlarını yayıblar. Sosial şəbəkələrdə yayılan kadrlarda Ramiz toy məclisində mikrafonu əlinə alaraq "bir musiqiçilərə bir də mollalara verilən pul rüşvət sayılmır” deyir.

Məsələ ilə bağlı Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədovla əlaqə saxladıq. O bildirdi ki, "mən bu məsələdən agah deyiləm”

Xatırladaq ki, Ramiz axund Əbəlfəzl Abbas məscidinin axundudur və sakinlər bu əməllərinə görə tezliklə onun bu məsciddən getməsini tələb edirlər.

bolgexeber.com