:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nişan üzüyü son yüz ildə belə dəyişib - VİDEO

Font

Hələ qədim zamanlardan nişan üzükləri əbədi sevgi rəmzi olub. Üzük qapalı dairə formasında olduğundan əbədi sevgini ifadə edir. Lakin qeyd etmək lazımdır ki, dəbin təsiri nəticəsində nişan üzükləri ciddi dəyişikliyə məruz qalıb.
Publika.az xəbər verir ki, sosial şəbəkədə nişan üzüyünün son 100 ildə necə dəyişdiyini göstərən video çarx yayılıb.
Klipin yaradıcıları son 100 ildə zinət əşyalarının daha dəqiq desək, nişan üzüklərinin dəbin təsiri ilə necə dəyişdiyini göstərməyə çalışıblar. Videonun hazırlanmasına kömək edən zərgərlər etiraf ediblər ki, nişan üzüklərinin dizaynı illər ərzində bir neçə dəfə dəyişib. Onların sözlərinə görə, nişan üzükləri gah ağ, gah da sarı qızıldan düzəldilib, qutuların da rəngi və forması fərqlidir, brilyant isə yeganə dəyişməz element olaraq qalıb.
Xatırladaq ki, nişan üzüyü ənənəsi bəzi mənbələrə görə, Misirdə, digər mənbələrə görə isə, Yunanıstanda yaranıb. Hər iki mənbədə nişan üzüyünün adsız barmağa taxıldığı göstərilir. Bu da ürəyə aparan damarın məhz bu barmaqdan keçməsi ilə əlaqələndirilir.
Nişan üzüyünü brilyantla ilk dəfə orta əsrlərdə italyanlar bəzəməyə başlayıb. Üzüyün içərisinə ad və digər sevgi sözlərinin yazılması ənənəsi isə Avstriya hersoqu Maksimilianın adı ilə bağlıdır. Belə ki, məhz o, Mariya Burqundskaya ilə evlənəndə ona bağışladığı nişan üzüyünün içərisinə sevgilisinin şərəfinə M hərfi yazdırıb.
Hər halda, nişan üzüyünün necə olması, bahalığı və ya ucuzluğu, elə də vacib deyil. Sevginin qiyməti bahalı üzüklərlə ölçülmür. Əsas odur ki, cütlüklər arasında sevgi-məhəbbət heç vaxt azalmasın!