:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Zindandan zənginliyə: Ən yaraşıqlı məhbus - VİDEO

Font

Həbsxanadan çıxar-çıxmaz həyatı 180 dərəcə dəyişdi. Dünyanın ən yaraşıqlı məhbuslarından biri kimi mediada uzun müddət xəbər başlığına çevrilən amerikalı Cerremi Miks nəhayət azadlığa buraxılıb. Dəmir barmaqlıqlar arxasında dünyanın diqqətini cəlb edən məhbus, bundan sonra modellik edəcək.

32 yaşlı Cereminin vəkili Cim Cordan onunla sadəcə tekstil firmalarının yox, zəngin insanların da maraqlandığını deyib. Yaraşıqla məhbusun hansı şirkətdə model kimi işləyəcəyi isə hələlik dəqiqləşməyib. Onun nəzarətə götürülərkən çəkilən şəkli indi jurnalların üz qabığına vurulur.

Qeyd edək ki, oğurluğa görə azadlıqdan 2 il müddətinə məhrum edilən Ceremi Miks Nevada ştatındakı təcridxanada saxlanılırdı.