:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nadir Qafarzadənin İlhamə Quliyeva ilə yeni dueti - VİDEO

Font

Müğənni xalq artisti ilə vertual duet hazırlayıb.

Bu barədə Publika.az-a açıqlama verən ifaçı bildirib ki, xalq artistinin illər öncə ifa etdiyi "Unuda bilməzsən” adlı bəstəni lentə aldırıb: "İlhamə xanımın dünyasını dəyişməsinə hələ də inana bilmirəm. Elə bilirəm bu, yuxudur. Vəfat etməzdən əvvəl onunla telefonda danışmışdıq. Məni evinə dəvət etmişdi. Duet ifa etməyi də planlaşdırmışdıq, amma əcəl imkan vermədi. Qismətdə dünyasını dəyişəndən sonra onunla virtual duet oxumaq var imiş. Sağlığında şou əhli onun qarşısında at oynada bilmirdi. Amma indi bəzi şou-biznes nümayəndələrinin ürəyi açılıb. Həmin adamlara demək istəyirəm ki, cəsarətiniz vardısa, sağ olanda deyərdiniz. Ölünün dalınca pis danışmaq olmaz. Hətta bəziləri İlhamə xanımla miras davasına çıxmağa da cəhd edir. Onun bizə miras qalan mahnılarıdır. Mən İlhamə xanımın bu mirasına illərdir göz dikmişəm. Düşünürəm ki, onun musiqi mirası daim bizimlə olacaq. Virtual duet ifa etdiyimə görə, İlhamə xanımın ruhu şad olacaq. Çünki sağlığında mənlə duet oxumağa razılıq vermişdi”.

Qeyd edək ki, "Unuda bilməzsən” adlı bəstənin sözləri Xanım İsmayılqızına, musiqisi Novruz Aslana məxsusdur.