:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Aygün Kazımova: “Gedək o biri otaqda deyim...” - VİDEO

Font

MTRŞ: "Fikirdə nə ifadə olunduğunu Aygündən başqa kimsə bilməz”- AÇIQLAMA

Müğənninin "Gedək indi o biri otaqda deyim” sözü qalmaqal yaradıb. "Xəzər” televiziyasında yayımlanan və xalq artisti Aygün Kazımovanın da iştirak etdiyi "55” verilişində qanun pozuntusu yoxdur. Bunu Report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov deyib. T.Məmmədov bildirib ki, xalq artistinin həmin verilişdə səsləndirdiyi cümlənin hansı fikri ifadə etdiyini onun özündən başqa heç kim bilmədiyi üçün bu hal qanun pozuntusu hesab oluna bilməz. O əlavə edib ki, verilişdə qanun pozuntusu faktı müşahidə olunmur.

Verilişdə A.Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlunun oxşarı Elman Məmmədov da iştirak edib. A.Kazımov E.Məmmədovun Namiq Qaraçuxurluya çox oxşadığını deyib: "Gedək indi o biri otaqda deyim, tam oxşayırsan, yoxsa yox”. Xalq artistinin işlətdiyi sonuncu cümlə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.