:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Elə bilirdim, siqaret almağa gedirik, çatanda dedilər ki, oğurluğa gəlmişik" - VİDEO

Font

Orta məktəblərə qənim kəsilən dəstə tutuldu.

23 yaşlı Mülkədar Rəhimov və onun tanışları bir neçə məktəbə qənim kəsiliblər. Abşeron polisi tərəfindən saxlanılan dostların ümumilikdə 7 cinayətinin üstü açılıb. Çayxanada görüşən dostlar pul qazanmağın yollarını məktəbdən oğurluq etməkdə görüblər. Daha doğrusu, Mülkədar Rəhimov Əkbər Kərimov və Namiq Həsənliyə təkid edərək məktəb direktorunun otağını hədəf seçib.

Mülkədar Rəhimov - saxlanılan şəxs: "Pəncərəni açıb, direktorun otağına girdik. Əliağa Vahid adına məktəbə girdik, noutbuk götürdük oradan. 2 nömrəli məktəbdən də noutbuk çıxdı. Çıraqlı məktəbindən 100 manat götürdük. Sonra Ceyranbatana getdik, oradan da noutbuk götürdük. Birinci mərtəbədə isə heç nə yox idi. Sonra gəldik Xırdalana. 2 nömrəlidən 2500 manat pul götürdük, 1 nömrəlidən 580 manat".

Mülkədar bu yolla əldə etdiyi qənimətlərdən Əkbər Kərimova və Namiq Həsənliyə də pay düşəcəyini vəd etsə də, iş bitdikdən sonra onlara az miqdarda "əmək haqqı" verib.

Əkbər Kərimov - saxlanılan şəxs: "Deyirdi ki, pul olacaq. Neçə yerə girib-çıxdıq, deyirdi ki, pul yoxdur. Bizi aldadırdı. Noutbuku aparıb satırdı, bizə heç nə çatmırdı. Mənə 400-500 manat verib".

Namiq Həsənli - saxlanılan şəxs: "Elə bilirdim ki, siqaret almağa gedirik. Oraya çatanda dedilər ki, oğurluğa gəlmişik. Dedim ki, mən getmirəm. Dedi ki, sənlik bir şey olmayacaq, çöldə gözlə. Çöldə durdum, onlar girdilər içəriyə. Sonra dedilər ki, səni görən olar, gir içəri. Noutbuku götürüb, çıxdılar. Dedilər ki, satıb sənə də pul verəcəyik. Dedim, mənə pul-zad lazım deyil. Sonra başqa yerlərə də çağırdılar, getmədim".

Dəstə üzvlərinin törətdiyi 7 cinayətdən ikisi Sumqayıt şəhəri ərazisində qeydə alınıb və dostların digər oğurluqlarının olub-olmadığı araşdırılır. Faktla bağlı cinayət işi açılıb.