:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Dəhşət: ana kiçik qızlarını acından öldürdü - VİDEO

Font

Rusiyanın Primorye vilayətində müstəntiqlər dəhşətli cinayətlə bağlı istintaqı başa vurublar. Cəllad ana kiçik qızlarını ac saxlayıb və onların soyuq evdə bağlayaraq gedib. Uşaqlarının acından və soyuqdan öldüyünü görəndə isə ana balaca cəsədləri evin qarşısında, pilləkənin altında basdırıb.
Uşaqları öldürməsi barədə o, boşandığı ərinə heç nə deməyib. Qadın aldığı alimentləri itirmək istəmirdi.

Milli.Az NTV-yə istinadən bildirir ki, faciə Vladivostok şəhərində yaşanıb. İki qızını - 3 yaşlı Viktoriya və 4 yaşlı Aleksandra Dmitriyevanı qətlə yetirmiş 25 yaşlı Olesya Dmitriyeva həbs olunub.
İki bacının cəsədlərini evdə yaşayan Marina Durnikina təsadüfən tapıb.
Olesya Dmitriyeva da bu evdə kirayədə qalırdı.

Ərindən boşanmış Olesya əxlaqsızlıq və əyyaşlıq edirdi. Ötən ay o, yenə sərxoş olanda çox güclü şaxta vardı. Balaca Viktoriya və Aleksandra soyuq evdə, ac vəziyyətdə 10 gün qalıblar.
Ana evə qayıdanda uşaqlar artıq ölmüşdülər.
O.Dmitriyeva ifadəsində deyib: "Evə qayıdanda onlar artıq ölmüşdülər. Aleksandra Viktoriyanı bağrına basıb bərk-bərk qucaqlamışdı. Sanki bacısını isitməyə, xilas etməyə çalışırdı".

Olesya Dmitriyevanın 5 aylıq oğlu da var. Cəllad ananı 20 ilədək həbs gözləyir.