:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

DİN-dən evlilik proqramındakı qadın haqda açıqlama - VİDEO

Font

Azərbaycanın Daxili İşlər Nazirliyi Türkiyənin ATV kanalında yayımlanan "Esra Erolda” adlı evlilik proqramında özünü polis kimi təqdim edən qadın haqda açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə "Qafqazinfo”ya açıqlamasında deyib ki, proqramda Roza adlı xanım yanlış olaraq özünü polis kimi təqdim edib: "Həmin xanım Azərbaycanın polis orqanlarında işləmir və heç zaman polis əməkdaşı olmayıb”.

Xatıqladaq ki, sözügedən qadın proqramın ən qalmaqallı iştirakçısı kimi tanınır.