:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İŞİD-ə qoşulmuş qız: "Ora cəhənnəm idi" - VİDEO

Font

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasından İraqda qurtulmağı bacarmış 15 yaşlı isveçli Merlin Stivani Niverleynin dediyinə görə, cihadçı qrupun qaydaları altında həyat çox çətindir: "Ora əsl cəhənnəm idi".
Azyaşlı qız İraqın kürd televiziyasına bildirib ki, onu may ayında sevgilisi aldadaraq Suriyaya aparıb.
O, təxminən bir həftə əvvəl Mosul şəhəri yaxınlığında kürd xüsusi qüvvələri tərəfindən xilas edilib, kürd rəsmiləri bildirirlər.
Son illər ərzində İŞİD sıralarına ən azı 300 isveçlinin və minlərlə digər qərblinin qoşulduğu güman edilir.
Milli.Az BBC-yə istinadən bildirir ki, Kurdistan 24 kanalına müsahibədə qız deyib ki, o, sevgilisi ilə 2014-cü ildə, İsveçdə oxuduğu məktəbi tərk etdikdən sonra tanış olub.
"Əvvəllər onunla aramızda hər şey qaydasında idi, lakin sonradan o, İŞİD videolarına baxmağa və onlar haqqında danışmağa başladı", - qız ingiliscə danışıb.
"Sonra o dedi ki, İŞİD-ə getmək istəyir və mən də razılaşdım. Çünki mən İŞİD-in və islamın nə olduğunu bilmirdim - heç nə bilmirdim".
VOX bildirir ki, keçən il qız 15 yaşında hamilə qalarkən, cütlük ötən ilin mayın 31-də İsveçin Boras şəhərini tərk edib avtobus və qatarla Avropanı keçərək Türkiyənin sərhəd Qaziantep şəhərinə gəliblər. Oradan da Suriyaya keçiblər.
İŞİD silahlıları onları və digər kişi və qadınları avtobuslarla İraqın Mosul şəhərinə aparıblar. Şəhər 2014-cü ildən qruplaşmanın nəzarətində olub.
Onun sözlərinə görə, orada onlara elektrik və suyun olmadığı ev veriblər.
"İsveçdə bizim hər şeyimiz var, orada isə mənim heç nəyim yox idi", - o, müsahibə zamanı rahat və sağlam görünüb.
"Mənim pulum da qalmayıb - doğrudan da çox çətin idi. Telefonum olan kimi anamla əlaqə saxlayıb dedim: Evə getmək istəyirəm".
Kürdüstan rəsmilərinin bildirdiyinə görə, o, İraqın Kürdüstan regionunda olub və İsveç hökumətinə təhvil veriləcək.
Onlar körpənin taleyi barədə heç nə deməyiblər. Uşağın oğlan olduğu bildirilir.