:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Qadağan olunan adlar - VİDEO

Font

Son vaxtlar valideynlər tərəfindən yeni doğulan uşaqlara heç bir məna daşımayan və Azərbaycan dilinə yad adlar qoymağa cəhdlər çoxalıb. Ancaq Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının siyahısında olmayan adların qoyulmasına icazə verilmir. Belə halda isə valideynlər məhkəmələrə üz tuturlar.

Uşaqlara mənasız da olsa sırf fərqlilik olsun deyə adların qoyulmasının qarşısını Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının siyahısı alır.

Buna görə də övladlarına siyahıda olmayan adı qoymaq üçün məhkəmələrə müraciət edən valideynlər çoxalıb.

Hüquq ekspertləri bildirir ki, qadağan olunmuş ada görə məhkəmələr hüquqi əsas kimi həmin adlar siyahısını da nəzərə alırlar. Bununla belə, əksər hallarda müraciət edənlər peşman olmur.

Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova isə əlavə edir ki, valideynlərin kütləvi halda bir neçə ada üstünlük verməsi müsbət tendensiya deyil. Xüsusilə də təhsil zamanı eyni adlı şagird, ya da tələbələrin çoxluğu arzuolunmaz mənzərəyə yol aça bilər.

xəzərxəbər