:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ŞOK TƏLİMAT: “Türkiyəyə hücum edin!” - VİDEO

Font

PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-yə qatılan Qərb terrorçuları kürdləri Türkiyəyə hücum etməyə çağırıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terror təşkilatı bununla bağlı 4 dildə hazırladığı video yayıb.
İngilis, alman, ispan və kürd dilində hazırlanan videoda Türkiyənin dünyanın bütün ölkələrindəki rəsmi təşkilatları hədəf kimi göstərilib. Avropada yaşayan kürd əhalisinə də müraciət edən terrorçular "Türkiyəyə qarşı döyüşün” çağırışı ediblər.
Türkiyə təhlükəsizlik güclərinin həyata keçirdiyi əməliyyatlarda ağır itkilər verən təşkilatın bu addımı yeni dəstək axtarışı kimi şərh olunur.