:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Qeyri-adi ixtira - VİDEO

Font

Çinli alimlər hər kəsin diqqətini çəkəcək və çoxlarının işinə yarayacaq bir ixtira ediblər. Bu ixtira kvarsdan hazırlanmış yaddaş diskidir. Bu disk 360 terabayt yaddaş tutumuna və ən yüksək temperaturda belə məlumatları qorumaq qabiliyyətinə malikdir.

Alimlərin fikrincə, disk 13.8 milyard il istifadə müddətinə malikdir. Bu disklərə artıq insan, dünya, bəşəriyyət haqqında ən lazımlı məlumatlar yazılıb və saxlanmağa başlanılıb. Tədqiqatçılar yeni optik cihazın arxivlərdə, kitabxanalardakı böyük həcmli məlumatları saxlamaq üçün istifadə edilə biləcəyini qeyd edirlər.

Disklərin çatışmayan cəhəti isə bir dəfə yazı və yaxud da məlumat daxil edildikdən sonra üzərinə təkrar hansısa məlumatın daxil edilə bilməməsidir. Digər bir məsələ isə məlumatların bu cür depolanmasının xərcidir.

Lakin elm adamları düşünürlər ki, çalışmaları davam etdirməklə bu məsələni uğurla həll edə biləcəklər.

anspress