:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiyada terror aktı törədildi, ölənlər var - VİDEO

Font

Bu gün səhər Bakı vaxtı ilə saat 10:00-da Dağıstan Respublikasının Dərbənd rayonundakı yol polisi postunda terror aktı törədilib. Hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər isə ağır yaralanıb. Yayılan məlumatlara görə, polis əməkdaşları sənədləri yoxlamaq üçün postda "QAZel” avtomobillərindən birini saxlayıb. Bu zaman güclü partlayış baş verib.

RİA Novosti agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən Dərbənddə baş vermiş partlayışın "cənub qruplaşması"nın döyüşçüləri tərəfindən təşkil edildiyi haqqında məlumat yayıb. Məlumatda terrorçu-kamikadzenin avtomobilin sükanı arxasında olduğu və özünü partlatdığı qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.

Bizimyol.info hadisədən bir neçə dəqiqə sonra çəkilmiş görüntüləri təqdim edir: