:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Titanik-2 hazırlanır - fotolar

Font

Dünyada məşhur Titanik gəmisinin eynisi hazırlanır.

Yenizaman.az-ın "anspress”ə istinadən məlumatına görə, 2018-ci ildə okean sularına buraxılacağı gözlənilən gəminin artıq ilkin planının görüntüləri yayılıb. Bildirilir ki, gəminin içərisində heç bir yeni texnoloji avadanlıqlardan istifadə edilməyəcək və onun orijinal variantı tamamilə saxlanılacaq.
Gəminin yeni planında diqqət çəkən tək yenilik isə göyərtədə helikopterin eniş edə bilməsi üçün ayrılan sahədir. Mütəxəsislər yeni gəmidə sələfindən fərqli olaraq yetərli sayda xilasedici qayıqların quraşdırlacağını bildirib. Yeni müasir xilas etmə və təhlükəsizlik tədbirləri üçün sistemlərin qurulacağı da önə çəkilib.

Blu Star Line şirkətinin sahibi avstraliyalı iş adamı Clive Palmer tərəfindən inşa etdirilən gəmidə 20-ci yüz illikdə istifadə olunan çox sadə idman zalı, üzgüçülük hovuzu da nəzərdə tutulub. İnşasının 431 milyon dollardan çox vəsait xərclənəcəyi təxmin edilən gəmidə 1, 2 və 3-cü siniflər olmaqla 840 kabinə qurulacaq.

Titanik-2 hər səfərində 2435 sərnişin və 900 ekipaj üzvü daşıya biləcək.

Gəminin ilk səfərinin Çin ilə Dubay arasında olacağı düşünülür.

Titanik gəmisi 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq sulara qərq olub. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas olsa da, 1 514 nəfər həlak olub.