:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Özünü xəstə elan edib, milyonlar qazandı - VİDEO

Font

Amerika Birləşmiş Ştatlarında hər kəsi şoka salacaq dələduzluq hadisəsinin üstü açılıb. Tracy Dart dələduzluq məddəsi ilə yerli polis tərəfindən həbs olunub. Buna səbəb amerikalı qadının yalandan özünü xərçəng xəstəsi elan edərək, insanlardan külli miqdarda pul toplamasıdır.

Tracy Dart ölüm ayağında olduğuna ailəsini belə inandıra bilib. Qadının həyat hekayəsini eşidərək kədərlənənlər onun müalicəsi üçün vəsait toplamağa başlayıblar. Qısa müddət ərzində minlərlə dollar toplayan dırnaqarası xəstənin yalanı sənədlərinə yenidən baxış keçirilərkən üzə çıxır. Belə ki, yardım elanını görən bir nəfər xəstənin sənədlərinin yenidən yoxlanmasını istəyir. Tibb mərkəzinə edilən gizli müraciətdən sonra qadının əslində heç bir xəstəliyinin olmadığı aşkar olunur.

Qeyd edək ki, dələduzluqda ittiham edilərək həbs olunan qadına hansı cəzanın veriləcəyi məhkəmənin çıxaracağı qərardan sonra məlum olacaq.

atv.az