:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Dünya kosmosdan belə görünür - VİDEO

Font

Avropa Astronavt Mərkəzinin rəhbəri Frank De Winne, beynəlxalq kosmik stansiyada keçirdiyi 6 ay müddətdə yaşadıqlarını bölüşüb: "Salam mənim adım Frank De Winne. Beynəlxalq kosmik stansiyada 6 ay keçirdim. Dünyaya kosmosdan baxanda buludlar və hava axınlarını görərsiniz. Dünyamızın kənarındakı qara, böyük kainatdır. Kosmosdan dünyaya baxdığınızda bəzən kiçik adaların son dərəcə gözəl mərcanlıqlara, açıq mavi rəngə çevrildiyinə şahid olarsınız. Meşələrin yaşıllığı var təbii ki, amma kosmos stansiyası çöllərin üzərindən keçərkən rənglər qəhvəyi, qırmızı, sarı rəngə çevrilir. Dünyanın üzərində incə mavi xətt var. Həmin xətt, bizə həyat verən, planetimizi yaşanan edən atmosfer təbəqəsidir"